İctimai nəqliyyatın öz xətti üzrə işləməməsi sakinlər üçün problem yaradır (VİDEO)
Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yaşayanlar nəqliyyatla bağlı ümidlərini itiriblər. İşləməyən avtobus onların bütün işlərini alt-üst edib.
Sakinləri hər gün piyada getməkdən cana gəliblər. Çünki, iki aya yaxındır 54 saylı marşurut əraziyə gəlmir. Sabunçu-Zabrat magistralından Elşən Mehdiyev küçəsinə dönməli olan avtobus ərazidə yaşayanların az olmasını əsas gətirərək həmin məhəlləyə girmir. Sakinlər isə sürücülərin bu bəhanəsini əsassız sayır.
Avtobusun öz xətti üzrə işləmədiyindən sakinlər taksilə gəlməli olur ki, bu da əlavə xərc deməkdir. Digər tərəfdən yola çıxan insanlar Sabunçu-Zabrat yolunu piyada keçməli olurlar. Avtomobillərin sürətli və müntəzəm hərəkət etdiyi yolda bu insanlar üçün həyatı təhlükə yaradır.
Sakinlər deyir ki, əvvəl də avtobus öz xətti üzrə hərəkət etmədiyindən Nəqliyyat Nazirliyinə müraciət ediblər və avtobusun hərəkəti bərpa edilib. Amma sonradan yenə də təkrar problem yaranıb. Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki, bir müddət əvvəl bu məsələyə baxıb avtobusun həmin xətt üzrə hərəktini təmin etmişdik. Amma hazırda sakinlərin istəklərinin həyata keçirmək mümkün olmayacaq, bunun isə obyektiv səbəbləri var.
Namiq Həsənov qeyd etdi ki, Sabunçu istiqamətindəki körpünün üstündə həddindən artıq sıxlıq var. Eyni zamanda, oradan yolun təmiri işləri gedir. Məhz təmr işlərinə görə də, avtobuslar oradan çıxarlıb, 54 nömrəli avtobus da o cümlədən. O istiqamət üzrə hərəkəti dayanıb, həm də o istiqamətdə bir sıra avtobusların paralel olaraq getdiyini nəzərə alsaq, hələki 54 nömrəli avtobusun yaxın vaxtarda o istiqamətdə getməsi planlaşdrılmır.
Amma nazirlik rəsmisi gələcəkdə 54 saylı avtobusun həmin maşurut üzrə hərəkəti üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətində müzakirələr aparılıb və həmin yoldaı təmir işləri başa çatdıqdan sonra, o məsələyə yenidən baxılacaq. O vaxta qədər isə Elşən Mustafayev küçəsinin sakinləri piyada getməli olacaqlar.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR