Nazirlikdən hava ilə bağlı açıqlama
Bakıda və Abşeron yarımadasında iyunun 29-da əsən güclü şimal-qərb küləyi iyunun 30-da daha da şiddətlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, küləyin maksimal sürəti 28-30 m/s-yə çatıb. Ayrı-ayrı rayonlarda isə qərb küləyinin sürəti 16-28 m/s təşkil edib.
Əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Böyük Qafqazda 9-18, bəzi ərazilərdə 26-45, Kiçik Qafqazda 3-8, Mərkəzi Aran rayonlarında 2-6 mm təşkil edib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR