» » Leyla Əliyeva çadırda iftar süfrəsi açdı

Leyla Əliyeva çadırda iftar süfrəsi açdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 iyul 2014
//
Bölmə: Təhsil / Sosial
Leyla Əliyeva çadırda iftar süfrəsi açdı



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada dindarlar üçün iftar süfrəsi açılıb.


“Qafqazinfo” xəbər verir ki, artıq beşinci dəfədir ki, Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya Müftilər Şurası tərəfindən Moskva hökumətinin dəstəyi ilə təşkil edilən nadir “Ramazan çadırı” xeyriyyəçilik və mədəni-maarif layihəsində fəal iştirak edir. Gecəyə Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan və oruc tutan insanlar toplaşıb.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşı Ayan Həsənova AzərTAc-a bildirib ki, ənənəyə görə, müqəddəs Ramazan ayında bir gün Leyla Əliyevanın adından dindarlar üçün iftar süfrəsi açılır: “Bu gün dindarlar Azərbaycan mətbəxinin təamlarını dadmış, milli musiqiyə qulaq asmışlar. “Baku” qrupunun ifasında canlı musiqi səslənmişdir. İftara gələnlər çadırın qarşısında açılmış “Azərbaycan” sərgisi ilə də tanış olmuşlar”.


QafqazPRESS.az
banner125x125 banner125x125