» » TQDK abituriyentlərə müraciət etdi

TQDK abituriyentlərə müraciət etdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyul 2014
//
Bölmə: Təhsil / Sosial
TQDK abituriyentlərə müraciət etdi



Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər sabaha kimi ixtisas seçimi ərizələrini təsdiqlətməlidirlər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər veri ki, müraciətdə deyilir ki, abituriyentlər mütləq TQDK-nın rəsmi internet saytına daxil olmalı və ixtisas seçimi mərhələsində ixtisas seçimini yerinə yetirməli və təsdiq etdirməlidirlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyulun 2-də başlayıb və bu proses sabah başa çatacaq. İxtisas seçimi internet vasitəsilə həyata keçirilir. Bu günə kimi müsabiqə şərtlərini ödəyən 20 minə yaxın abituriyentdən 15 min abituriyent ixtisas seçimi ərizələrini təsdiqləyib.

Nəsimi Məmmədov, TQDK-nın Gəncə regional bölməsinin müdiri: “Abituriyentlər mütləq TQDK-nın rəsmi internet saytına daxil olmalı və ixtisas seçimi mərhələsində ixtisas seçimini yerinə yetirməli və təsdiq etdirməlidirlər. Əgər abituriyent bu prosesdən keçərək ərizəsini təsdiq etdirməsə, təbii ki, onların sənədi qeyri-qanuni hesab ediləcək və ixtisas seçimindən azad olunacaqlar”.

"Abituriyentin elektron ixtisas seçimi ərizəsi" yalnız təsdiq edildikdən sonra hüquqi əhəmiyyətə malik olur. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır. 2014-2015-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər, eyni zamanda, elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.



QafqazPRESS.az
banner125x125 banner125x125