» » TQDK onları sınağa çəkəcək

TQDK onları sınağa çəkəcək

Müəllif: Sevinc Novruzova
//
Tarix: 27 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
TQDK onları sınağa çəkəcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcək.

AzVision.az xəbər verir ki, imtahan respublikanın 14 şəhər və rayonunda baş tutacaq.

Bu imtahanda umumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiya aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imatahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2014-cü ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər iştirak edəcəklər.

9-cu siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan şagirdlərin sayı 2194 nəfər, 11-ci sinif şagirdlərinin sayı isə 3212 nəfərdir.

Buraxılış imtahanı ana dili və riyaziyyat fənnləri üzrə keçirilir. Hər bir fənn üzrə 30 test tapşırığı var.


QafqazPRESS.az
banner125x125 banner125x125