» » Səhər yeməyi vacib deyil?

Səhər yeməyi vacib deyil?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 24 avqust 2014
//
Bölmə: Təhsil / Sosial
Səhər yeməyi vacib deyil?


Gündəlik rasionun ən önəmli hissəsinin səhər yeməyi olduğu barədə fikirləri çox eşitmişik. Ancaq bu iddia mif ola bilər. Milli.Az-ın NewsMax Health-ə istinadən məlumatına görə, amerikalı alimlər başqa fikirdədirlər.

Alabama Universitetinin alimlərinin araşdırması göstərib ki, səhər yeməyi insan çəkisinin itməsinə təsir göstərmir.

Araşdırmada 300 nəfər iştirak edib. Onlara ara-sıra səhər yeməyi yemədən işə çıxmaq tapşırılıb.

16 həftəlik tədqiqatdan sonra məlum olub ki, həmin adamların çəkilərində heç bir dəyişiklik olmayıb.

Bati Universitetinin alimləri öz araşdırmalarında iki qrupa bölünmüş 33 nəfərdə maddələr mübadiləsinin həcmi, qanda xolesterin və şəkərin miqdarını müqayisə ediblər. Səhər yeməyini mütəmadi olaraq yeyən birinci qrupun rasionunda heç bir dəyişiklik olmayıb. Digər qrupdakı könüllülər isə 6 ay müddətində səhər yeməyindən imtina ediblər. 6 aydan sonra hər iki qrupun nümayəndələrinin bədən çəkisində, maddələr mübadiləsinin miqdarında, qanda xolesterin və şəkərin miqdarında heç bir dəyişiklik olmayıb.

Belə bir nəticəyə gəlmək olar ki, çəkilərini azaltmaq üçün səhər yeməyindən imtina edən adamlar səhv yoldadırlar.


QafqazPRESS.az
banner125x125 banner125x125