Ər-arvad niyə dalaşırlar?
Ohayo Universitetinin mütəxəssisləri maraqlı nəticə əldə ediblər. Sən demə, qandakı şəkərin miqdarı adamda qəfil qəzəb hissinin yaranmasına təsir edir.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, alimlər 107 ailəni müşahidə ediblər.
Məlum olub ki, ər və arvadın hər ikisinin qanında qlükozanın miqdarının az olması onlar arasında tez-tez və uzunmüddətli dava-dalaş yaradır. Orqanizmdə şəkərin miqdarı normada olanda isə aqressiya əlamətləri də olmur.
Bu səbəbdən psixoloqlar məsləhət görürlər: əgər ailədə ciddi söhbət aparmalısınızsa, bunu acqarına etməyin.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR