ŞAD XƏBƏR! Nuru paşanın nəvələri QARABAĞA gəlir - AÇIQLAMA
//
Tarix: 18 noyabr 2020
//
Bölmə: ---
Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.
Bəs bu layihə necə həyata keçiriləcəkdir?
Bu barədə Metbuat.az-a özəl açıqlama verən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirdi ki, razılaşmaya əsasən, atəşkəsə əməl olunmasını yoxlamaq üçün işğaldan azad edilmiş Azərbaycan ərazilərində Birgə Mərkəz yaradılacaqdır. “Bu razılaşmanın əvvəlində Ermənistanın 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağ cəbhə xətti boyunca hərbi və mülki hədəflərə hücumlarına cavab olaraq, Azərbaycan özünümüdafiə hüququna əsaslanan əks əməliyyat nəticəsində işğal olunmuş ərazilərinin azad edilməsində qazandığı zəfər barədə bildirilmişdir.
Türkiyə beynəlxalq hüquqa və qanuni suverenlik hüquqlarına əsaslanaraq, prosesin əvvəlindən Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla bütün hüquqlarını müdafiə edə bilmək üçün dəstək verdi. Nəticədə, Azərbaycanın əks əməliyyatında əldə etdiyi irəliləyiş bu sahədə yeni bir vəziyyət yaratdı.
Həmçinin Azərbaycan, Rusiya və Ermənistan arasındakı razılaşmaya uyğun olaraq, 10 Noyabr 2020-ci il tarixində saat 00: 00-a qədər bölgədə atəşkəs bağlandı və bəzi işğal olunmuş ərazilərin cədvələ uyğun olaraq Azərbaycana qaytarılmasını ehtiva edən bir plan hazırlandı''.
Razılaşmaya əsasən, atəşkəsə əməl olunmasını yoxlamaq üçün işğaldan azad edilmiş Azərbaycan ərazilərində Birgə Mərkəz yaradılacaqdır. Yücel Karauz bildirdi ki, mərkəzdə Azərbaycanın istəyi ilə Türkiyə və Rusiya sülhməramlıları birlikdə fəaliyyət göstərəcəkdir.
Burada əsas və vacib məsələ Azərbaycanın təyin edəcəyi yerdə Monitorinq Mərkəzinin qurulmasının vurğulanmasıdır...
Bəs bu layihə necə həyata keçiriləcəkdir?
Bu barədə Metbuat.az-a özəl açıqlama verən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirdi ki, razılaşmaya əsasən, atəşkəsə əməl olunmasını yoxlamaq üçün işğaldan azad edilmiş Azərbaycan ərazilərində Birgə Mərkəz yaradılacaqdır.
“Bu razılaşmanın əvvəlində Ermənistanın 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağ cəbhə xətti boyunca hərbi və mülki hədəflərə hücumlarına cavab olaraq, Azərbaycan özünümüdafiə hüququna əsaslanan əks əməliyyat nəticəsində işğal olunmuş ərazilərinin azad edilməsində qazandığı zəfər barədə bildirilmişdir.
Türkiyə beynəlxalq hüquqa və qanuni suverenlik hüquqlarına əsaslanaraq, prosesin əvvəlindən Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla bütün hüquqlarını müdafiə edə bilmək üçün dəstək verdi. Nəticədə, Azərbaycanın əks əməliyyatında əldə etdiyi irəliləyiş bu sahədə yeni bir vəziyyət yaratdı.
Həmçinin Azərbaycan, Rusiya və Ermənistan arasındakı razılaşmaya uyğun olaraq, 10 Noyabr 2020-ci il tarixində saat 00: 00-a qədər bölgədə atəşkəs bağlandı və bəzi işğal olunmuş ərazilərin cədvələ uyğun olaraq Azərbaycana qaytarılmasını ehtiva edən bir plan hazırlandı''.
Razılaşmaya əsasən, atəşkəsə əməl olunmasını yoxlamaq üçün işğaldan azad edilmiş Azərbaycan ərazilərində Birgə Mərkəz yaradılacaqdır. Yücel Karauz bildirdi ki, mərkəzdə Azərbaycanın istəyi ilə Türkiyə və Rusiya sülhməramlıları birlikdə fəaliyyət göstərəcəkdir.
Burada əsas və vacib məsələ Azərbaycanın təyin edəcəyi yerdə Monitorinq Mərkəzinin qurulmasının vurğulanmasıdır...
''Bu mərkəzin icra edəcəyi fəaliyyətlərdə Türk Silahlı Qüvvələri personalı və 16 Avqust 2010-cu il tarixində imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım ölkəmizin öhdəliklərinə və beynəlxalq hüquq prinsiplərinə uyğundur.
Eyni zamanda layihə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına uyğun olaraq həyata keçiriləcəkdir.
Bu fəaliyyətin bölgə xalqlarının dincliyinə və rifahına fayda verəcəyi və milli maraqlarımız üçün də önəmli olduğu düşünülür''.
General bildirdi ki, Türkiyə sülhməramlıların say etibarı ilə Rusiya sülhməramlılarına bərabər olması Azərbaycan və Türkiyə prezidentlərinin qərarı əsasında müəyyən ediləcəkdir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR