» » İlham Əliyev ASAN-da

İlham Əliyev ASAN-da

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 may 2014
//
Bölmə: Siyasət
İlham Əliyev ASAN-da


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub.

ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev mərkəzin açılışında iştirak edib. Dövlət başçısı mərkəzin fəaliyyəti ilə tanış olub. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verib. O bildirib ki, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi paytaxtın Sabunçu, Xəzər, Pirallahı rayonlarında qeydiyyatda olan 407 min 700 vətəndaşa xidmət göstərəcək.

Mərkəzdə 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, burada 28 növ funksional yardımçı xidmətlər təşkil edilib. Mərkəzdə müasir avadanlıqla təchiz edilmiş İnnovasiyalar otağı var.
Əlil vətəndaşlar da mərkəzin xidmətindən rahat yararlana biləcəklər. Gözdən əlillərin sərbəst hərəkəti üçün döşəməyə xüsusi örtüklər vurulub.
Diqqətə çatdırılıb ki, 4 saylı “ASAN xidmət” mərkəzinin həyətində “Uşaq avtoşəhərciyi” yaradılıb. Burada uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün hər bir şərait var.


QafqazPRESS.az