Minaya düşən ƏSGƏR: Yıxılanda gördüm ki, ayağım yoxdur- FOTO
//
Tarix: 03 dekabr 2020
//
Bölmə: ---
Qəhrəmanımız minaya düşən 23 yaşlı Qazimiz Abbas Abbaszadə döyüş xatirələrini bölüşüb.
Sonxeber.az xəbər verir ki, qazi minaya düşərək bir ayağının itirilməsindən danışıb:
"Minaya düşməyim gözlənilməz oldu. Düşünmürdüm ki, o ərazidə mina olar. Elə ayağımı atmağımla göyə qalxmağım bir oldu. Yıxılanda gördüm ki, ayağım artıq yoxdur, dayanmadan qan axır. Yaxınlıqda heç kim yox idi. Ayağımı əlimə götürüb 500 metr yolu tək gəldim. Yolda bir anlıq ayağımın vəziyyətini görüb qəbul edə bilmədim. Əlimi silahıma atdım ki, özümü vurum. Gördüm ki, silahım yoxdu. O an orada özümü öldürmək istədim. Çətindir, qəbul etmək çox çətin gəlir, amma bu Vətən uğrunda olubsa, peşman deyiləm".
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR