» » Morqdan SAĞ ÇIXAN əsgərin ANASI DANIŞDI: Meyitlərin arasından...- VİDEO

Morqdan SAĞ ÇIXAN əsgərin ANASI DANIŞDI: Meyitlərin arasından...- VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 03 dekabr 2020
//
Bölmə: Sosial
Morqdan SAĞ ÇIXAN əsgərin ANASI DANIŞDI: Meyitlərin arasından...- VİDEO


Bir neçə gün öncə baş kəşfiyyatçı Elxan Maarif oğlu Hüseynovun morqda ayılması xəbərini vermişdik.
Onun Şuşa və digər işğalda olan torpaqlarımızın azad olunmasında əvəzsiz xidmət göstərdiyini, döyüş tapşırığını həyata keçirən zaman snayper atəşi nəticəsində başından yaralanandığını, şəhid olduğu güman edilərək əsgər yoldaşları tərəfindən morqa aparıldığını izləyicilərlə bölüşmüşdük.
gün morqda qaldıqdan sonra Elxanın xırıltısının gəldiyi və onun sağ olduğu aşkarlanmışdı.
Sonxeber.az hazırda komada olan əsgərimizin valideynləri ilə əlaqə saxlayıb. Elxanın anası Sevil Xəlilova olanları, həmçinin Elxanın son vəziyyəti barədə məlumatları qısa olaraq Sonxeber.az ilə bölüşüb:
"Elxan bu gün 23- cü gündür ki, komadadır. Keçən ayın 19-dan Elxanı axtarırdıq. Mən Elxanın çənəsində xalı olduğunu dedim və beləcə biz onu tapdıq. Tanınması üçün öncə onu mənə göstərdilər.
Elxan Şuşada xidmət edib. Başından snayperlə vurulub. Yaralı vəziyyətdə olduğundan, onun öldüyünü zənn edib, morqa aparıblar. Övladlarının nəşini aparmağa gələn valideynlər meyitlərin arasında Elxanın "xırıldadığını" görüblər. Bundan sonra onun yaşaması barədə xəbər ediblər. İki gün morqda qalan Elxanı götürüb xəstəxanaya aparanda maşın yolda minaya düşüb. Bu zaman o daha da ağır yaralanıb.
Komada ola-ola həkimlər məni çağırdılar ki, balanı çağır. Mən dedim ki, Elxan anan gəlib. Bu sözə reaksiya olaraq xəstəxanada əlimi sıxdı. Ondan sonra reaksiyası olmayıb.
Həkimlər irəliləyişin olacağını deyiblər.
Bildirim ki, Elxan morqda tapılandan sonra 3 dəfə əməliyyat olub. Başından çirk gəldiyinə görə yenidən əməliyyata girib.
Hazırda Elxan Bakı şəhərində reanimasiyada yatır. Qeyd edim ki, digər bir oğlum da Şuşada hərbi xidmətdədir ".

banner125x125 banner125x125