Zəngəzur dəhlizi bu cür ola bilər — Şevçenko
Zəngəzur dəhlizi iki varianta inşa edilə bilər. O, ya sovet dövrünün Qərbi Almaniya ilə Qərbi Berlin arasındakı dəhliz kimi olacaq, tikanlı tellə qorunacaq, ya da normal sivilizasiyalı erməni dövləti bu layihənin minoritar səhmdarı (idarə edilmədə iştirak etmək üçün kifayət edəcək həcmdə səhm paketinə sahib olmayan iştirakçı – red.) olaraq çıxış edəcək.
Qafqazpress.az xəbər verir ki, bunu tanınmış rusiyalı jurnalist Maksim Şevçenko deyib.
“İqtisadi cəhətdən bloklanmış Ermənistan üçün bu bir şansdır. Qarabağın Ermənistan tərəfindən işğal olunduğu dövrdə Ermənistan geosiyasi oyunun bir amilinə çevirilmişdi. Bəs bu gün Ermənistan nədir və kimə lazımdır? Azərbaycan o torpaqlar üzərində suverenitetini bərpa edəndən sonra Ermənistanın statusu dəyişib. İndi ermənilər işğalçılıq siyasətini deyil, Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətləri qurmaq haqqında düşünməlidirlər”, — o bildirib.
KONKRET.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR