» » Adnan Oktardan Azərbaycanla bağlı daha bir açıqlama (MƏKTUB)

Adnan Oktardan Azərbaycanla bağlı daha bir açıqlama (MƏKTUB)

Müəllif: Sevinc Novruzova
//
Tarix: 21 aprel 2014
//
Adnan Oktardan Azərbaycanla bağlı daha bir açıqlama (MƏKTUB)



Türkiyənin tanınmış ilahiyyatçısı və A9 telekanalının rəhbəri olan Adnan Oktar (Harun Yəhya) Azərbaycan və azərbaycanlılar əleyhinə gizli araşdırma apardığı ilə bağlı irəli sürülən iddiaları qəbul etmir. İlahiyyatçının vəkili Gülcan Karakaş ötən həftə saytlarda yayımlanan "Adnan Oktar ermənilər üçün araşdırma aparır” ( Adnan Oktar barədə Azərbaycanla bağlı daha bir ağlasığmaz iddia ) başlıqlı xəbərlərə ANS PRESS-ə göndərdiyi məktubla cavab verib.

Məktubu olduğu kimi təqdim edirik:

“Sözügedən elektron məktubda müvəkkilim cənab Adnan Oktarın guya 2 kişi və 1 nəfər qadın tələbəsinə Azərbaycanda əziyyət çəkən ermənilər haqqında hazırlayacağı sənədli film üçün araşdırma aparmaq vəzifəsini tapşırdığı iddia edilib.
Bu iddia tamamilə təxəyyül məhsulu olub, heç bir dəlilə əsaslanmır. Sözügedən əsassız iddianın Azərbaycan xalqının həssas olduğu Ermənistan məsələsindən istifadə olunaraq müvəkkilim haqqında qəzəb formalaşdırmaq üçün ortaya atıldığı çox açıqdır.

Əvvəla, bildirim ki, Adnan Oktarın “Azərbaycan və Ermənistan münasibətləri” haqqında hazırlatmaq istədiyi sənədli film yoxdur. Odur ki, heç kimsədən bu barədə araşdırma aparmağı istəməmişdir. Bundan əlavə, müvəkkilim xəbərdə guya özünün ən yaxın tələbələrindən biri kimi göstərilən “Behzar Sezgin” adlı şəxsi də tanımır.
Əlavə olaraq qeyd edim ki, cənab Adnan Oktarın Azərbaycan da daxil olmaqla, dünyada baş verən problemlərlə bağlı fikirləri özünün qələmə aldığı 300-dən çox kitabda açıq-aydın verilir. Müəllif bütün dünya ölkələrinin birlik, bərabərlik, sevgi və hörmət çərçivəsində yaşamasının tərəfdarıdır. Cənab Adnan Oktarın Azərbaycan və Ermənistan xalqlarının sülh şəraitində yaşaması üçün əsərlərində ön plana çıxardığı əsas xüsusun din əxlaqına əsaslanan sevgi və qardaşlıq məfhumu olduğu müvəkkilimi tanıyan hər kəsə məlumdur.

Habelə, Azərbaycan xalqına çox böyük sevgi və rəğbət bəsləyən yazarın uzun müddət televiziya proqramlarını Türkiyə və Azərbaycan bayraqları önündə apardığı da tamaşaçıların bildiyi həqiqətdir. Ona görə də müvəkkilimi tanımaq istəyənlər saxta məzmunlu uydurma xəbərlərdə yazılanlara deyil, cənab Adnan Oktarın əsərlərinə və söhbətlərinə baxmalıdırlar.

Azərbaycanlı qardaşlarımız cənab Adnan Oktarın Azərbaycan xalqı ilə türk xalqını İslam Birliyində birləşdirmək üçün apardığı elmi fəaliyyətlərə qarşı yeridilən bu qara propaqanda metodlarına əsla etibar etməməlidirlər.”



QafqazPRESS.az
banner125x125 banner125x125