» » Ərdoğanla bağlı şok İDDİA

Ərdoğanla bağlı şok İDDİA

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 iyun 2014
//
Bölmə: Dünya / Gündəm
Ərdoğanla bağlı şok İDDİA



Türkiyə parlamentinin Milliyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Sinan Oğan Mosulda əsir götürülən türk diplomatlarla bağlı ilginc iddia irəli sürüb.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, deputat türk diplomatların Ankaranın əmri ilə qaçırıldığını bildirib.

Onun sözlərinə görə, Ərdoğan hökuməti konsulluğun əməkdaşlarına əsir düşməyi əmr edib.

Deputat bununla bağlı əllərində sübutların olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün İŞİQ qruplaşması Mosula hücum edərək Türkiyə Konsulluğunun 48 əməkdaşını əsir götürüb.



QafqazPRESS.az
banner125x125 banner125x125