Monako sülaləsinin ən varlı varisi güllələndi
Monako sülaləsinin ən varlı varisi və rus diplomatının xanımı Elen Pastora mayın 6-da sui-qəsd edilib.
Anspress-in məlumatına görə, saray qulluqçusu Məhəmməd Dərvişlə öz avtomobilində gedərkən naməlum şəxs ov silahından onlara atəş açıb.
Avtomobildə olan hər iki şəxs ciddi xəsarətlər alıb, onların daxili orqanları zədələnib. Onların hər ikisini təcili Nitsa yaxınlığındakı Sen Roş xəstəxanasına yerləşdiriliblər. Saray qulluqçusu Pastor 4 gündən sonra vəfat edib.
Pastora edilən sui-qəsdlə bağlı təhqiqat başlanıb. Polislər hadisənin səbəblərini axtarırlar. İstintaqı çətinləşdirən məqamlardan biri də odur ki, Pastor çox qapalı həyat tərzi keçirib. Onlara atəş açan şəxs həbs edilib. İstintaq sirri olduğundan, saxlanılan şəxsin kimliyi açıqlanmır. Polislər deyiblər ki, saxlanılan şəxs dəfələrlə xanım Elen Pastoru şantaj da edərək deyib ki, onda Pastor ailəsi barədə mühüm məlumatlar var, bu sirləri ancaq haqqını alandan sonra aça bilər. Polislər siu-qəsddə təqsirləndirilən şəxsin dediklərini uydurma adlandırıblar. Detektivlər isə belə versiya irəli sürüblər ki, varlı qadına sui-qəsdi hansısa mafiya həyata keçirib. Monako sülaləsinin ən varlı varisinin öldürülməsi ilə bağlı məhkəmə iyunun 13-də keçiriləcək.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR