Rusiya AŞPA ilə əməkdaşlığı dayandırdı
Moskva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında iştirakdan və AŞPA ilə əməkdaşlıqdan müvəqqəti imtina edib
APA-nın məlumatına görə, bunu “İzvestiya” qəzetinə açıqlamasında Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Aleksey Puşkov deyib.
O qeyd edib ki, Rusiyanın AŞPA ilə əməkdaşlıqdan imtinası müvəqqəti xarakter daşıyır.
“Biz AŞPA-nın yay sessiyasında iştirak etməyəcəyik. Biz assambleya ilə müvəqqəti olaraq əməkdaşlığı dayandırmışıq”, - deyə o vurğulayıb.
A.Puşkov bildirib ki, Rusiya nümayəndə heyətinə qarşı sanksiyalar aradan qaldırılmayanadək AŞPA ilə əməkdaşlıq bərpa olunmayacaq.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR