Xatirələrdə qalan ömür

Şair duyğulu, xeyirxah ictimaiyyətçi ziyalı
Bu keşməkeşli həyatda hər kəsin öz taleyi və alın yazısı var. Çox insanlar çalışır ki, yaşadığı ömrü şərəflə başa vursun, xeyirxah əməlləri ilə yaddaşlarda qalsın və xoş xatirələrlə anılsın. Nə xoş ki, belə insanlar həyatda hər zaman olub və olacaq.
Bəli, həqiqətən də insan yaşadığı ömrü elə yaşamalıdır ki, sağ ikən hörmət, haqq dünyasına qovuşandan sonra rəhmət, gördüyü xeyirxah işlərlə, eləcə də, əməlisalehliyi ilə el rəğbəti qazansın. Nə yaxşı ki, bir çox insanlara belə dəyərli ömür yaşamaq qismət olur. Belə insanlardan biri də Allahverdiyev Nəsimi Ənvər oğludur.
Nəsimi Allahverdiyev 1963-cü ilin isti günlərinin birində Borçalı mahalının Bolnisi rayonunun İmirhəsənli kəndində ziyalı ailəsində dünyaya göz açmışdır.
Ailənin dördüncü uşağı olub. Belə ki, o, dünyaya gələndə ailədə belə məsləhət bilinib ki, körpəyə ədəbiyyata, poeziyaya hörmət naminə ya Nizami , ya Füzuli, Ya da Nəsimi adı versinlər. Sonda atası Ənvər oğluna Nəsimi adını qoyub.
Nəsimi 1970-ci ildə İmirhəsənli kənd orta məktəbinin birinci sinfinə getmişdir. Əla qiymətlərlə oxuyan Nəsimi həmin məktəbi 1980-ci ildə bitirmişdir. O, orta məktəb illərində ictimai işlərdə öz fəallığı ilə həmyaşıdlarından xüsusi olaraq seçilmişdir. Yaşadığı rayonda “Qələbə bayrağı” qəzetinin ştatdankənar müxbiri vəzifəsində çalışmışdır. Mütəmadi qaydada yaşadığı rayonun ictimai-siyasi mənzərəsini, eləcə də, azərbaycanlıların təhsil aldığı ümumtəhsil məktəblərinin problemlərini çalışdığı mətbuat orqanlarında böyük səylə təbliğ etmişdir.
1980-ci ildə Nəsimi Allahverdiyev Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun metallurgiya fakültəsinə daxil olmuş, 1985-ci ildə İnstitutu bitirdikdən sonra təyinatla Sumqayıt şəhərinə gəlmişdir. Elə həmin vaxtdan xüsusi tikinti və quraşdırma işləri üzrə 2 saylı Sumqayıt Mexaniki Quraşdırma idarəsində usta kimi fəaliyyətə başlamışdır.
1985-1988-ci illərdə sahə ustası, iş icraçısı və sahə rəisi kimi “Üzvi sintez” İdarə Birliyinin “Polimer – 120” kompleksinin tikinti sahəsində çalışmış, işlədiyi müddət ərzində nümunəvi mühəndis kimi tanınmışdır. Həmin illər 2 saylı SMQİ-nin komsomol komitəsinin katibi və Sumqayıt şəhər komitəsinin büro üzvü olmuşdur. Eləcə də, bu bacarıqlı gənc mütəxəssis sahə rəisi kimi “100 faizli algilbenzol istehsalatı”nda mexaniki quraşdırma işlərinə rəhbərlik etdiyi müddətdə istilik sobalarının, boru axın xətlərinin və digər quraşdırma işlərinin keyfiyyətlə, vaxtında təhvil verilməsində geniş təşkilatçılıq qabiliyyəti göstərmişdir. Nəsimi Allahverdiyev 3 saylı Sumqayıt Mexaniki Quraşdırma İdarəsinə rəis müavini, baş mühəndis, sonra isə rəis vəzifəsinə təyin olunmuşdur.
N.Allahverdiyevin böyük və gərgin əməyi olan, bilavasitə rəhbərlik və iştirak etdiyi obyektlərdən – Sumqayıt şəhərində: Polimer-120 zavodunda mexaniki quraşdırma işləri, Alkilbenzol – 100% istehsalı, Bakı-Supsa neft kəmərində 5 nömrəli nasos stansiyasının quraşdırılması, Azpetrol Neft Şirkətinin sifarişi ilə 30 ədəd YDM-nin quraşdırılması, “Aztrans” kompaniyasının 20 min kub metrlik çənlərinin Sanqaçal bazasında quraşdırılması, Maştağa, Bərdə, Lənkəran, Quba, Zaqatala, Qazax, Şzavodlarının quraşdırılması,əmkir, İsmayıllı, Şağan, “ABU-Arena” limpiya idman komplekslərinin, H.Əliyev Fondunun Sbinasının dam örtüklərinin metal konstruksiya ilə quraşdırılması,
Saatlı və Ağcabədi pambıq zavodlarının quraşdırılması, Göyçay süd kombinatının quraşdırılması və yenidən qurulması, “Azbentonit” texnoloji sexlərinin metal konstruksiya işlərinin görülməsi, “Almalı” ticarət şirkətinin paylaşdırma mərkəzinin tikinti-quraşdırma işləri və s. göstərmək olar.
O, rəhbərlik etdiyi kollektivin üzvlərinə həmişə böyük diqqət və qayğı göstərmişdir. Həmçinin o, mexaniki quraşdırma sahələrinin yaradılması üzrə mühüm göstəricilərə, yüksək iş keyfiyyətlərinə nail olmuşdur.
Nəsimi Allahverdiyev xeyriyyəçilik işləri də görürdü. Belə ki, rəhbərlik etdiyi kollektiv adından şəhid ailələrinə yardım etməsi, həmçinin, Sumqayıt şəhər 5 nomrəli məktəbin Vətən uğrunda şəhid olmuş məzunlarına abidə ucaldılması onun xeyriyyəçilik fəaliyyətinin bariz nümunələrindəndir.
Ölkəmizdə keçirilən özəlləşdirmə proqramının həyata keçirilməsi ilə bağlı tikinti sahəsi üzrə Sumqayıt şəhərində ilk dəfə olaraq, kollektiv üzvlərinin kənarda qalmaması şərti ilə idarənin “AzMexQur” Səhmdar Cəmiyyətinə çevrilməsində çox böyük işlər görmüşdür. N.Allahverdiyev Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin əmri ilə Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.
Nəsimi Allahverdiyev 1999-2004-cü illərdə Sumqayıt şəhər Bələdiyyəsinin üzvü və Sumqayıt şəhər Yeni Azərbaycan artiyasının şura üzvü olmuşdur.
Məhz onun böyük və gərgin əməyi sayəsində kollektiv dövlət əhəmiyyətli “Bakı-Subsa Qərb Neft Kəməri”nin tikintisindən ötrü elan edilmiş tenderin qalibi olmuşdur.
Nəsimi Allahverdiyev Vətəninə, el-obasına bağlı insan idi. Boya-başa çatdığı Borçalı mahalı və İmirhəsən kəndi ilə bağlı iki kitab da qələmə alıb.
Aaraya-ərsəyə gətirdiyi “Borçalıların yurd yeri - İmirhəsən” və “Qədim - Qayim İmirhəsən” kitablarında el-obanın adət və ənənələri ,eləcə də, digər ciddi mövzularla oxucuları tanış etmişdir.
Nəsimi Allahverdiyevin bacısı oğlu Rafiq Qəmbərov dayısı haqda bəzi xatirələr söylədi: “Dayım çox xeyirxah və kövrək insan idi. O, çox duyğusal və çox səmimi idi hər bir kəslə. Həmişə çalışırdı ki, ehtiyacı olan insanlara köməklik göstərsin, yardım etsin. İmkansızlara bacardığı köməyi əsigəmirdi.
Dayım böyük şair Nəsiminin yaradıcılığını çox sevirdi, xüsusilə də dahi Nəsiminin “Sığmazam” qəzəlini çox xoşlayırdı. O, bu qəzəli həmişə əzbər söyləyirdi, ən çox da bu iki misranı xüsusi diqqətlə çatdırırdı. ”
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam...
“Dayım çətinliklərlə mübarizə aparmağı bacarırdı. Deyirdi ki, “bu həyat mübarizə həyatıdır. Çalışın hər bir çətinliklə mübarizə aparın”. Mübarizə aparmağı və qalib gəlməyi çox sevirdi. Ürəyində insanlara qarşı böyük sevgi vardı. Hamının yaxşı yaşamasını istəyirdi. İnsanlara ehtiramla və hörmətlə yanaşırdı. Çalışırdı ki, hər bir kəsə kömək etsin, yardımçı olsun”.
Nəsimi Allahverdiyevin iki övladı var. Övladları da ali təhsillidirlər. Oğlu Orxan Ənvərli atasının yolunu davam etdirir. Orxan Ənvərli Bakı Mexaniki Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətin (BakMexQur) sədridir.
Bir xeyirxah insanın ömür kitabının səhifələrini varaqladıq. Nəsimi Allahverdiyevin yaşadığı mənalı ömür yoluna güzgü tutduq. Bəli, insan ömrünü şərəflə yaşamalıdır. Elə haqqında söhbət açdığımız Nəsimi Allahverdiyev kimi.
2014-cü il mayın 1-də qəfil gələn xəbər el-obanı sarsıtdı. Xalqın sevimli oğlu Nəsimi Allahverdiyev ürək çatışmazlığından 51 yaşında dünyasını dəyişdi. Haqq dünyasına qovuşdu. Bir elin, bir evin yanar çırağı söndü, nə qədər insanın ümüd yeri dağıldı. Neçə-neçə qəlbin əbədiyyət ehtişamı söndü. Nə etməli, ömür Tanrı payıdır. Ölümə “ Dur! ” demək olmur:
Nəsimi Allahverdiyev də ölümə “dayan! ” əmri verə bilmədi...
Məkanı cənnət, ruhu şad olsun!
Köçdü son mənzilə, köçdü, Nəsimi
(Qələmə aldığım bu şeiri Nəsimi Allahverdiyevin əziz xatirəsinə həsr etmişəm)
Ömrü nə yamanca tez çatdı başa,
Çox arzu-diləyi toxundu daşa.
Fələk rəhm etmədi o cavan yaşa,
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Hayladım adını hey dönə-dönə,
Çağırdım, cavabı olmadı mənə.
Getdiyi yolları geriyə dönə...
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Fələk yaşamağa qoymadı, getdi,
Ömrünün illərin saymadı, getdi.
Doymadı dünyadan, doymadı, getdi,
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Bu fani dünyanın dərd-qəmi çoxmuş,
Heç demə fələyin insafı yoxmuş.
Ayrılıq elə bil zəhərli oxmuş.
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Fələyin ürəyi çəkilsin şişə,
Pərişan olmuşuq vaxtsız gedişə.
El-oba məzara gedir görüşə,
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Ömür sarayının çırağı söndü,
Bağının bəhrəsi xəzana döndü.
Sanki yoxluğuyla zaman da dondu,
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
O günlər, o illər gözəl çağ idi,
O, elə-obaya uca dağ idi.
O, bir ümid yeri, o dayaq idi.
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Bir anda qapqara qış oldu ömrü,
Zalım fələklərə tuş oldu ömrü.
Qırıldı həyatı, daş oldu ömrü.
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Ölüm xəbərinə pərişan olduq,
Getdi, ayrılıqdan saralıb-solduq.
Buludtək qaraldıq, həsrətlə dolduq,
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Yoxdur, eşidilmir o gündən o səs,
Min rəhmət söyləyir ona hər bir kəs.
Görəsən, laylasın kimlər çalır bəs?!
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Bu vaxtsız gedişə qəlbim ağladı,
Könlümü bu acı xəbər dağladı.
Fələk yollarını yaman bağladı.
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü Nəsimi.
Yenə də duyaydıq isti nəfəsin,
Kaş ki, eşidəydik bircə kəlməsin.
Həm xoş sözlərini, həm də xoş səsin...
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Həyata yaz günü əlvida dedi,
Bu, nə ayrılıqdı, bu gediş nədi?
Bu çox ağır qəmdi, çəkilməz dərddi,
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Gözümüz hələ də yollarda qalıb,
Könül dünyamızı qəm-qüssə alıb,
Fələkmi yolunu məzara salıb?!
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Bir ömür tuş oldu gur axan selə,
Məzarı büründü çiçəyə, gülə.
Xatirə, bu qismət, bu yazı belə,
Əcəl şərbətini içdi Nəsimi,
Köçdü son mənzilə, köçdü, Nəsimi.
Xatirə Əziz
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR