» » Telman İsmayılov Kiprdə ciddi zərbə aldı

Telman İsmayılov Kiprdə ciddi zərbə aldı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 iyul 2014
//
Bölmə: Dünya / Gündəm
Telman İsmayılov Kiprdə ciddi zərbə aldı



Nikosiyanın dairə məhkəməsi “Sezaria Ltd” şirkətinin tələbi ilə Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun aktivlərini dondurub. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Sezaria Ltd” Sergey Yançukovun “Manqazei” qrupuna daxildir. İddiaçı bildirir ki, İsmayılov ona 100 milyon dollarlıq borcunu qaytarmayıb.

“Manqazei”nın nümayəndəsinin sözlərinə görə, yunan Kiprində qeydə alınan Telman İsmayılova məxsus “Tandum” şirkəti 2010 və 2011-ci illərdə “Sezaria”dan haqqında söhbət gedən məbləği iki illik müqavilə ilə ildə 10 faizlə götürüb. Müqavilələrdə məbləğin ödənilməsi üçün son tarix 2013-cü il sentyabrın 1-i göstərilib. 2013-cü ilin may ayında İsmayılov vəd verib ki, kreditçinin pulunu və faizini müqavilədə göstərilən müddətdə ödəyəcək. Ancaq kredit qaytarılmayıb.

İsmayılova yaxın olan nümayəndələrdən biri deyib ki, biznesmen öhdəliyinin yerinə yetirilməsi üçün mənbə axtarır. “Sezaria” isə bu işlə bağlı Londondakı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmək niyyətindədir.



QafqazPRESS.az
banner125x125 banner125x125