» » Deputat Əliağa Hüseynov: “Ayıbdı vallah, məni rahat buraxsınlar!”

Deputat Əliağa Hüseynov: “Ayıbdı vallah, məni rahat buraxsınlar!”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 iyun 2014
//
Bölmə: Siyasət
Deputat Əliağa Hüseynov: “Ayıbdı vallah, məni rahat buraxsınlar!”



“Neçə gündür ki, bütün saytlar, qəzetlər mənim haqqımda yalan informasiya yazırlar. Əvvəl başladılar ki, guya, mən xəstəyəm. Dəfələrlə demişəm ki, mən xəstə deyiləm. Mənim barəmdə yalan yazmaqda davam etdilər. Ayıbdı vallah, belə olmaz”. Bunu Modern.az saytına açıqlamsında deputat, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov deyib.

Daha sonra o, haqqında səslənən qarğış məsələsinə də aydınlıq gətirib. “Mən heç kimə qarğış etməmişəm. Mənə zəng vurublar, demişəm xəstə deyiləm, sağ-salamatam. Jurnalistlərə cavab vermək qarğış etməkdir bəyəm? Jurnalistlər bütün sözlərimi təhrif ediblər. Əgər mən kiməsə qarğış etmişəmsə, balasının başına gəlsin. Heç bir mətbuat nümayəndəsi məni narahat etməsin. Məni rahat buraxın!”.

Qeyd edək ki, Əliağa Hüseynov bir neçə gün öncə AzNews.az-a açıqlamasında deyib ki, səhhətində yaranmış problemlərə görə müayinə olunmaq üçün Türkiyəyə gedib və 20 gün qardaş ölkədə qalacaq. Dünən isə general teleqraf.com-a açıqlamasında bildirib ki, səhhəti ilə bağlı yazılanlar uydurmadır. O, haqqında yalan yazanlara qarğış edib.


QafqazPRESS.az
banner125x125 banner125x125