» » "Doktor Qiyamət": "O, partlaya bilər"

"Doktor Qiyamət": "O, partlaya bilər"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 10 iyul 2014
//
Bölmə: Dünya / Gündəm
"Doktor Qiyamət": "O, partlaya bilər"



Sərmayəçilər uzun müddətdir qlobal bazarlarda “balon”un partlayıb-partlamadığı ilə maraqlanırlar. Bu sual Doktor Qiyamət ləqəbli sərmayə mütəxəssisi Marc Faberə də verilib. Faber “Hazırda qiymətli kağızların qiymətlərində nəhəng bir “balon” olduğunu düşünürəm və bu geci-tezi partlayacaq, bəlkə də, partlamağa başladı” deyib. Faber “Wall Street” rekord səviyyələrə çıxmağa başladığı gündən bu yana “balon” xəbərdarlığını edir.

Milli.Az marja.az-a istinadən bildirir ki, "Doktor Qiyamət", “Wall Street”də qiymətlərdə düşmə proqnozunun hakim olacağı bir ayı bazarına girəcəyik” deyib.

İQTİSADİYYAT YAXŞILAŞMIR

Faber yaxşı çıxan iyun ayı məşğulluq məlumatına baxmayaraq, ABŞ iqtisadiyyatı və qlobal iqtisadiyyatda yaxşılaşma yaşandığına inanmır. Doktor Qiyamət “Qlobal iqtisadiyyatın güc qazandığına inanmıram. Hətta zəiflədiyini düşünürəm” deyib.

OBAMANI TƏNQİD EDİR

Faber bazarlarda qiymətləri aşağı salacaq üç səbəb olduğunu söyləyib. Doktor Qiyamət səbəbləri belə sıralayıb: “Bazarlarda qiymətləri aşağı sala biləcək üç səbəb var. Bunlardan ilki Ağ Evdir. Çox zəif bir Prezidentimiz var və ABŞ-da daxili çətinlik yaradacaq bəzi siyasi problemlər yarada bilər. İkincisi, dünyada əhəmiyyətli siyasi çətinliklərin olmasıdır. Son olaraq isə, neft qiymətlərinin yüksəlmə potensialını ciddi qəbul etməliyik”, - Faber S&P 500-də 30% eniş gözlədiyini sözlərinə əlavə edib.

TƏK DEYİL

Faber bu proqnozlarında tək deyil. Maliyyə məsləhətçiliyi şirkəti Raymond Ceymsin Baş strategisti Jeffrey Saut da iyul ortası, ya da avqustun əvvəlində birjada dərin bir eniş gözlənildiyini müştəriləri ilə paylaşıb.



QafqazPRESS.az
banner125x125 banner125x125