Türkiyə "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı əməliyyatları davam etdirəcək
Türkiyədə "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı əməliyyatlar davam etdiriləcək
Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ədliyyə naziri Bəkir Bozdağ bəyan edib.
Onun sözlərinə görə, "Gülən hərəkatı"nın (hazırda ABŞ-da yaşayan ictimai-dini xadim Fətullah Gülən - red.) tərəfdarlarına qarşı əməliyyatlar şəffaf keçirilsə də, ölkədəki bəzi kütləvi informasiya vasitələri bu əməliyyatlarla bağlı məlumatları bilərəkdən təhrif edirlər.
Qeyd edək ki, Türkiyədə iyulun 22-də "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı keçirilən əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb. Onların arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəhbəri Əli Fuad Yılmazer də var.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR