Qamət vəhabilərə çağırış etdi: “Səbrli olun!”
Azərbaycanda sələfi təriqətinin lideri Qamət Süleymanov Sabirabadda baş verən olaya münasibət bildirib.
O, AzVision.az-a açıqlamasında tərəfdarlarına çağırış edərək onları səbrli olmağa çağırıb.
“Onu cəzalandırmaq üçün hökumət var və bizdə olan məlumata görə o şəxs saxlanılıb. O videoya baxanda insan əsəbləşir, bir neçə insan bir nəfərin üstünə düşüb vurur. Amma adam gərək səbrli olsun. Emosiyalarla hərəkət etmək olmaz, çünki, bu, təxribat da ola bilər”.
Xatırladaq ki, Sabirabadda baş verən olayla bağlı ötən gün sosial şəbəkələrdə video yayılıb. Həmin vidoeda bir qrup şəxs sələfi təriqətinə məxsus şəxsi dövrəyə alıb onun saqqalını qırxdığı əks olunub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR