“Moskvanın bəyanatı gülüncdür” - Ərdoğan
Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyə tərəfindən aparılan anti-Rusiya kampaniyasının məqsədini izah edib. Bu, əhalinin hərbçilərin Suriyada fəallaşdırılmasına hazırlanması ilə bağlı ola bilər.
Bu barədə Rusiya xarici siyasət idarəsinin məlumatında bildirilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvanın Ankaranın Suriyaya daxil olmağa hazırlanması ilə bağlı bəyanatını "gülünc" adlandırıb. Türkiyənin baş naziri Əhməd Davudoğlunun fikrincə isə, rəsmi Moskva bu yolla diqqəti özünün ərəb ölkəsindəki fəaliyyətindən yayındırmağa çalışır.
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, Türkiyə-Suriya sərhədindəki hərəkətlər Suriyaya hərbi müdaxiləyə intensiv hazırlıqdan xəbər verir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR