» » Ərdoğan gəldi- Yenilənir

Ərdoğan gəldi- Yenilənir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 aprel 2014
//
Bölmə: Siyasət
Ərdoğan gəldi- Yenilənir



Türkiyə baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıda rəsmi səfərdədir.


“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT kanalı məlumat verib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qardaş Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Görüşmələrə başlamaq üçün baş nazir hazırda prezident İlham Əliyevin Zaqulbadakı iqamətgahına yola düşür.


QafqazPRESS.az