Narkotacirlərə kömək edən tutuquşu həbs olundu
Braziliyada narkotacirləri polisin yaxınlaşması barədə xəbərdar edən tutuquşu həbs olunub.
Məlumata əsasən, tutuquşu polis reydləri zamanı portuqal dilində “Mama, polis!” (Vay, polis!) deyə qışqırıb. Hüquq-mühafizə orqanı əməkdaşları sahibinin ona canlı xəbərdarlıq sistemi kimi təlim keçdiyini güman edir.
Telekanalın məlumatına görə,keçirilən əməliyyat zamanı tutuquşunun xəbərdarlıq etməsinə rəğmən, polis bir neçə narkotaciri həbs edib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR