» » Soyqırım qurbanı olan qız uşağının saçlarından görün nə hazırladılar?

Soyqırım qurbanı olan qız uşağının saçlarından görün nə hazırladılar?

Müəllif: Səma Zərdablı
//
Tarix: 30 aprel 2019
//
Bölmə: Dünya
 Soyqırım qurbanı olan qız uşağının saçlarından görün nə hazırladılar?



İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyasında toplama düşərgəsində gündə təxminən 1000 yəhudi qətl edilirdi.
Korrupsiya-q.az Türkiyə mediasına istinadla bildirir ki, həmin tarixlərdə qız uşaqları qətl edilmədən əvvəl saçları kəsilib, həmin saçlarla zəngin alman uşaqlarına parça gəlinciklər hazırlanırdı.
Bu gəlinciklərdən biri Türkiyənin Antalya şəhərində Anadolu Oyuncaq Muzeyində sərgilənib. Kimliyi bilinməyən yəhudi bir qızın saçlarından hazırlanmış 78 illik gəlincik böyük marağa səbəb olub.
Muzeyin müdiri Emrah Ünlüsoy gəlinciyin xüsusilə yəhudi turistlər tərəfindən böyük maraqla qarşılandığını və bu turistlərdən bəzilərinin gəlinciyi gördükdə göz yaşlarını tuta bilmədiklərini bildirib.
Yəhudi vəzifəli şəxslər öldürülən qız uşağının DNT-sindən yaşayan ailə üzvlərini tapmaq məqsədilə xüsusi icazə ilə gəlincikdən bir qədər saç götürüb.
banner125x125 banner125x125