» » ABŞ-ın tarixi biabırçılığı: demə, İran təyyarəsini vurmayıb, yanlışlıqla... - Hər şey ÜZƏ ÇIXDI

ABŞ-ın tarixi biabırçılığı: demə, İran təyyarəsini vurmayıb, yanlışlıqla... - Hər şey ÜZƏ ÇIXDI

Müəllif: Səma Zərdablı
//
Tarix: 19 iyul 2019
//
Bölmə: Dünya
ABŞ-ın tarixi biabırçılığı: demə, İran təyyarəsini vurmayıb, yanlışlıqla... - Hər şey ÜZƏ ÇIXDI


İran Hörmüz boğazında pilotsuz uçuş aparatını itirməyib.

Qafqazpress.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın açıqlamasını şərh edən İranın xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.
O, ABŞ-ın yanlışlıqla özünün pilotsuz uçuş aparatını vurduğunu deyib.
“Hörmüz boğazında və ya başqa bir yerdə pilotsuz uçuş aparatı itirmədik. “USS Boxer” gəmisinin yanlışlıqla özünün pilotsuz uçuş aparatını vurması ehtimalından narahatıq”, - o qeyd edib.
Daha əvvəl isə İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif İrana aid pilotsuz uçuş aparatının vurulduğuna dair məlumatın olmadığını açıqlamışdı.
Xatırladaq ki, Donald Tramp ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin gəmisi Hörmüz boğazında İranın pilotsuz təyyarəsini vurduğunu bildirib. ABŞ prezidenti qeyd edib ki, pilotsuz təyyarə Hörmüz boğazında Amerika gəmisinin təxminən 900 metrliyində idi. Onun sözlərinə görə, təyyarə ABŞ gəmisi üçün təhlükə təşkil edirdi.
Tramp həmçinin başqa ölkələri öz gəmilərini müdafiə etməyə çağırıb.
banner125x125 banner125x125