Çörəyi boğazında qaldı: Tərtər sakinini qanla doyurdular

Tərtərdə bıçaqlanma hadisəsi baş verib.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, Tərtər Rayon Polis Şöbəsindən verilən xəbərə görə, rayonun Xoruzlu kənd sakini, 1983-cü il təvəllüdlü Nəcəfov Elvin Qəzənfər oğlu iaşə obyektlərindən birində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
İlkin məlumata görə, iaşə obyektində başqa masada əyləşən bir nəfərlə Elvin Nəcəfov arasında mübahisə yaranıb və sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə Elvin Nəcəfov qarın nahiyəsinin sol tərəfindən iki bıçaq yarası alıb. O, dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Əməli törədən şəxs hadisə yerindən qaçıb. Onun Mingəçevir şəhər sakini olduğu haqda ehtimallar var. Faktla bağlı araşdırma aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR