VƏTƏN SƏRHƏDDƏN BAŞLANIR
Güllə yağışları bağrı yanıq lalələr kimi qan rəngində yağır sərhədlərimizə, Bakıda analarımızın göz yaşlarını görən yoxdur, sərhəd rayonlarından qayıdıb vağzala düşəndə özünü əmin-amanlıq hökm sürən bir ölkəəd hesab edirsən, Bakının dəyişkən iqlimi insanlarına da sirayət edib. Əksəriyyət icraçı olmaqdansa, tamaşaçı olmağa üstünlük verir. Beləliklə,hər gün həyat səhnəmizdə faciəli ssenarilər göstərilir. Ən faciəli ssenari müəlifləri üçün hansı vədlər verildiyi əlində səlahiyyəti olmayanlara da bəllidir. Vəd alıb ənam gözləyən, Vətən oğulları, o vədlərə inanmayın, xalqın qəzəbindən qorxun. Bu gün sizləri stollara, vəzifələrə doğru aparan yola oğullarımızın qanı tökülüb. O qanı tapdalamayın, and içib keçin, yoxsa mənzil başında sizi sorğu-suala çəkəcək məşhər gözləyir. Buna inanın!
XƏSTƏHALDI BU DÜNYA
Qatardan düşən kimi Ağstafa DİŞ-in rəis müavini Şəmsi Abasov, milis starşinası Paşa Məmmədov və Respublika Həmkarlar Təşkilatının işçisi Dilguşə xanım Gülümcanova ilə sərhəd kəndi Köhnəqışlağa yola düşürük. Yuxarı Göycəli kəndindən çıxıb ermənilərə hədiyyə edilmiş torpaqlarımızın içi ilə Köhnəqışlağa üz tuturuq. Mayın 2-də olan güclü atışmadan sonra kəndin qadın və uşaqları çıxarılıb, 7 ev, ordunun yerləşdiyi zastava yandırılıb, dağıdılıb. Yolboyu təkəm-seyrək adamlar görürük. Şəmsi müəllim maşını saxlatdırıb bizi Aşıq Aslanla tanış edir. Vəziyyətlə bağlı sorğumuza Aşıq Aslan Eyvaz Qələmçilinin şerindən bir bəndlə cavab verir:
Qələmçəli kimə desin dərdini,
Az görürəm insanların mərdini.
Araqatan ikidimi, birdimi?
Laxladılıb, xəstəxaldı bu dünya.
Dağılmış zastavanın ətrafında döyüşçülərdən Vaqif Həmzəyev, Zəfər Babayev, Elşən İskəndərov, Tofiq Zərbəliyev, Elman Məmmədov, Şahraz Nəsibov, Qafar Qafarov, İsrafil Şıxlıyevlə söhbət edirik. Dostları 19 yaşlı İsrafilin igidliyindən, ustalıqla silah işlətməsindən danışırlar. Amma onu da bildirdilər ki, yanacaqdan əziyyət çəkirlər, posta şəxsi maşınları ilə gəlib gedirlər.
Köhnəqışlaq kəndində qadınlarla söhbət edirik. Kənddə həkim Sədaqətin rəhmətə getdiyini deyirlər, göz yaşı töküolər, bildirirlər ki, ölünü beş-altı arvadla götürmüşük. Xeyrimiz-şərimiz olanda kənd bir yumruğa dönərdi. İndii hərə bir qapıya səpələnib. Gündüzlər gəlib ev-eşiyimizə baş çəkirik. Axşamlar balalarımızı güllə qabağında qoyub qohum-əqraba qabağında məskunlaşırıq.
ƏL İŞDƏN SOYUYUB, ÜRƏK ARZUDAN
İlin-günün bu çağında, əkin-biçin vaxtında adamların əllərini işdən, ürəklərini arzudan soyudan düşməni lənətləyirlər. Amma kimlərnisə himayəsi altında öz çirkin niyyətlərini həyata keçirmək üçün yüz cür silah növü ilə silahlanan düşmənə şübhəsiz ki, lənət sözü kar etməz. Ağs tafa da olduğumuz müddətdə Şuşanın verilməsi xəbərini eşidirik, camaatın üz-gözündən hüzn yağır.
Şuşa tacımız, alınmaz qalamız idi. Vəzifə hərisləri öz şəxsi mənafeləri üçün Vətənlə, Xalqla, Torpaqla oyun oynayırlar. Kimsə kimə sübut etmək istəyir ki, Xocalı qırğınında onu əli yoxdur. Kimsə kimə demək istəyir ki, gördünüz, Şuşa getdi, bunu ki, mən etmədim. Kimsə kimi nüfuzdan salmaq üçün xalqı ayağa qaldırır. Amma bilin və eşidin, xalq ayağa qalxanda kimin kimə qarşı durduğunu yaxşı bilir.
Milis starşinası Paşadan evli olub-olmadığını soruşuram. Nişanlıyam, deyir, düşmən üzərində qələbə çalmasaq, toy çaldırmayacam. Toyumu qələbəmizlə birgə edəcəm.
İnşallah Paşa. O gün uzaqda deyil!
ERMƏNİ PARTİYASININ MANİFESTİ
Sərhəddən qayıtdıqdan sonra Ağstafa DİŞ-in rəisi Bilal Məmmədovla görüşürük. Bilal müəllimlə söhbətimizdən: - Bildiyimiz kimi son onillikdə də torpaq üstə mübarizə məsələsi Qazax rayonundan başladı. 1985-ci ildə Tatlı tərəfdə ermənilər qəbirstanlığı şumlamışdılar. Həmin vaxt ciddi qarşıdurma yarandı və cinayət işi qaldırıldı. İş Zaqafqaziya prokurorluğuna verildi, uşaqlara məhkəmə oldu. Nə isə, hadisələrdən sonra milli ənənəyə uyğun olaraq hər iki tərəfdə çörək kəsildi, baraşıq elan olundu. Qarabağ hadisələrinə qədər əhali dinc dolanırdı. Amma bu gün çörəyi dizlərinin üstündə olan bu namərdlər üçün heç bir milli ənənə, and və kişi sözü yoxdur. Dəfələrlə danışıqlar olub, söz verilməsinə baxmayaraq. Öz bəd əməllərindən qalmırlar.
ERMƏNİ UZAQGÖRƏNLİYİ
Cavanlar ermənilərdən özələrinə bacı-qardaş, kişilərimiz isə məşuqə seçəndə onlar uzaqgörənliklə siyasətlərini yeridirdilər. Biz onlara hədiyyə vermək haqqında fikirləşəndə, onlar bizdən nəyi hədiyyə alacaqlarını fikirləşirdilər. Ad-familiyalarını dəyişdirirdilər, özlərinə bizim kişilərin hesabına neçə yerdə mənzil alırdılar və həmin mənzillərdə min bir zülmlə qazandığımız qəpik-quruşu alıb evlərini kirayə verirdilər. Deyirlər ki, erməni qorxaq və axmaqdır. Əsla yox, elə qorxaq da bizik, axmaq da. Belə olmasaydı, şəhərimizn göbəyində bu gün də həmin quldurları əzizləyib saxlamazdıq. Məşuqələri didərgin salınan kişilərimiz indi görüş yerlərini Moskva şəhərinə dəyişiblər.
Elə bu günlərdə, mayın 2-də Ermənistanın Şəmsəddin rayonunun adını dəyişib, Tavuş qoyublar. Azərbaycanın Tovuz rayonuna bitişik rayondur. Görəsən bu ad dəyişmədə hansı niyyəti güdüblər? Gördünüz də erməni partiyasının manifesti hər bir erməni üçün qanundur. Amma bu dığalar onu da bilməlidirlər ki, Tovuz heç vaxt dönüb Tavuş ola bilməz.
DÜŞMƏN HƏR YERDƏ DÜŞMƏNDİR
Axşam saat 6-da milis işçisi Ramiz bizi sərhəddə yerləşən Kəmərli kəndinə aparır. Heç yarım saat keçməmiş gözümüzün qabağında, kəndin Eyyublu quzeyi deyilən yerdə, erməni kəndi Qurumsulu ilə sərhəddə atışma başlanır. Axşamdan başlanan atışma səhərə qədər davam etdi. Düşmənin çirkin niyyəti nəticəsində yerli camaatın qoyun sürüsündən 20 heyvan öldürüldü, 60 qoyun və 20 keçi aparıldı. Məktəbin bədən tərbiyəsi müəllimi Cahangir Mustafayev və kənd sakini Mehman yerli döyüşçülərin səyi nəticəsində girov götürülməkdən azad oldular. Mayın 10-da İcevan rayonundan Uzuntala kəndində atılan mərmi Ağstafaçay körpüsündən 3 metr aralı düşmüş. Digər mərmidən Ağköynək kəndində bir ev dağılmış, şəhərin Nərimanov küçəsində Təvəkkül Xasməmmədovun evinə düşərək, 5 nəfəri yaralamışdı. İki yaşlı körpə Məleykə keçinmişdi.
Məleykənin şəklini istədim Təvəkkül kişidən, gözləri doldu, şəkli yoxdur, - dedi. Məleykə dünyaya məleykə kimi gəlmişdi, məleykə kimi də getdi. Axı məleykələrin də şəkli olmur.
QAZAX ŞƏHƏR XƏSTƏXANASINDAN
Qazax və Ağstafada olduğumuz üç gün müddətində Qazax xəstəxanasına 19, Ağstaya xəstəxanasına isə üç nəfər yaralı daxil olur. Aşağı Əskiparada gedən döyüşlərdə ağır yara alan kiçik serjant Fərman Sabit oğlu Yolçuyev xəstəxanaya çatan kimi keçinir. Yer qulaqlıdır deyiblər, heç on dəqiqə keçməmiş bütün Əskipara camaatı xəstəxanaya yığışır. Dəhşət burasındadır ki, Fərmanı öz kəndində dəfn edə bilmirlər. Çünki kənd hər gün düşmən güllələrinin yağışı altındadır. Qazax şəhər xəstəxanasının baş həkimi Tapdıq Pənahov meyidin məscidə aparılmasını, mərasimin təşkil edilməsini tapşırır.
Mayın 10-da hadisələrin gərginliyi yenə azalmır. İcevan rayonundan atılan müxtəlif növ silahlardan «Göyəzən» restoranı, Böyük cəfərli kəndindəki məktəb və iki ev, Musagöy kəndindəki mal ferması dağıdılmışdır.
Mayın 10-da Ağstafanın Köhnəqışlaq kəndinin Qabaqtəpə deyilən yeri iki saat mühasirədə qalmışdı. Döyüşçülərin və Ağstafa DİŞ-in köməkliyi sayəsində mühasirə yarıldı. Döyüşlərdə yaralanmış Mərdan Həsənova batalyonun həkimi İlham Sofuyev tərəfindən ilk yardım göstərilərək Ağstafa xəstəxanasına gətirilmişdi. Mayın 11-də Ağstafanın Yaradulul kənd sakini 15 yaşlı Vəli Məmmədov evdən çıxarkən atılan mərmidən yaralanmış, evləri və mal damları dağılmışdı. Yenə Yaradullu kənd sakini Novruz Abbasov isə səngərdə başından yara almışdı.
MÜDAFİƏ NAZİRLİYİNİN XƏBƏBƏRİ VARMI?...
Aprelin 25-də musaköy kəndində yerləşən batalyonun bir qrupu öz texnikaları ilə birgə şadyanalıq edərək (guya ermənilər ağ bayraq qaldırdıqlarına görə qələbəni qeyd edirlər) şəhərin küçələrnidən keçmişlər. Görəsən, hansı qələbəlirn qeyd edirlər? Sofulunun, Xeyrimlinin, Barxudarlının və digər bir neçə kəndin verilməsinimi? Müdafiə Nazirliyinin bu özbaşınalıqdan xəbəri varmı?...
ÖZÜMÜZDƏN ALIB ÖZÜMÜZƏ ATIRLAR
Qazax şəhər DİŞ-in rəisi milis podpolkovniki Fikrət Məmmədovla söhbətimizdən: - Aprelin 17-dən Qazax DİŞ-ə rəis təyin olunmuşam. Əlbəttə, indiki vəziyyətdə sərhəd rayonlarda işləmək böyük məsuliyyət tələb edir. Adamlar bir şeyi başa düşmək istəmirlər ki, hansı yollasa respublikadan kənara çıxarılan yanacaq düşmən ocağının üstünə çırpı atmaq kimi bir işdir. Son 12 gündə 12 ton 310 litr benzin tutulub. Tbilisi şəhəri Vaziani rayonunda yerləşən hərbi hissənin sürücüsü, Marneuli rayonunun Kosalar kənd sakini Ariz Osman oğlu Xəlilovdan 2.200 litr, Bolnisi rayonundakı Kveşe kənd sakini Tapdıq Qara oğlu Veysəlovdan 1.370 litr, Qaradabani rayonundakı Qaracalar kənd sakini, sürücü İsfəndiyar İsrail oğlu Məmmədovdan 1.100 litr benzin və 50 litr mühərrik yağı tutulmuşdu.
Qazax DİŞ-in qərargah rəisi Fərmayıl Vəliyevin məlumatından: - 17.04.1992-ci ildən bu günə qədər respublikadan kənara benzin aparan vətəndaşların qarşısını almaq üçün rayon DİŞ-in əməkdaşları reyd aparırlar. Reyd zamanı 86 maşın (sərhədlərə və zastavaya getmək istəyəndə yanacaq da, maşın da yoxa çıxır) sürücülərlə birlikdə şöbəyə gətirilib. Həmin maşınlardan 5 ədədi dövlət maşını idi. 86 maşından 17.650 litr benzin götürülmüş, həmin adamlar inzibati qayda ilə 3.858 manat cərimə olunublar. İki benzin faktına görə cinayət işi qaldırılıb, bir faktına görə isə təhqiqat gedir.
Qazax Rayon İcra hakimiyyətinin başçısı Cavanşir Carçıyev Yanacaq Komitəsi ilə danışıqlardan sonra rayonun Daş Salahlı və I Şıxlı kəndlərindəki benzindoldurma stansiyalarını bağlatdırmışdı. Respublikadan kənara çıxan benzinin bir qisminin Qovlar stansiyasından alınması faktı və aşkar edilmişdi, bu barədə təhqiqat gedir.
Görəsən, pasportunda azərbaycanlı yazılan bu Azərbaycan oğulları (oğru da bu xalqın oğludur) bilmirlərmi ki, başımıza od ələyən topların, tankların mərmisini hərəkətə gətirən verdiyimiz bu oğurluq yanacaqlardır. Bilmirlərmi ki, özümüzdən aldıqları yanacaqla özümüzü yandırırlar.
ERMƏNİLƏR NİYƏ QAÇIR?
Mayın 9-da Qazax DİŞ-in rəisi Fikrət Məmmədovla söhbətimiz zamanı rayonda 30-a yaxın qarışıq erməni ailəsinin olduğu aşkar edildi. Mayın 11-də isə həmin ermənilərin çıxıb getmələri üçün Qazax DİŞ-ə müraciət etmələrini eşitdik. Həmin gün ermənilərin bir hissəsi Sınıq körpüdən yola salınmışdı. İndiyəcən ermənilərin çıxıb getməməsi maraqlı idi. Ya görünür, onları məcbur edən olmayıb, ya da vəziyyətin o dərəcədə təhlükəli olmadığını bilirlərmiş. Bəs indii ermənilər niyə qaçır?
SƏRHƏDDƏ QOSPİTAL LAZIMDIR
İndi sərhəd rayonların xəstəxanaları hərbi qospital kimi işləyir. Ağır yaralıların o vəziyyətdə Bakıya aparılması çətinlik yaradır. Hər gün Bakıdan buraya vertolyot uçur. Mayın 11-də Bakıdan gələn Respublika Xəstəxanasının Travmatologiya Və Ortopediya Şöbəsinin müdiri Tofiq Əhmədov və cərrah Telman Rzayevlə görüşdük. Onlar bildirirlər ki, Tovuzla Qazax arasında qospital fəaliyyətə başlasa, biz məmnuniyyətlə gəlib burada işləyərik.
TORPAQ – UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR
Mayın 9-da Qazax DİŞ-in rəisi F.Məmmədov şöbənin və İcra hakimiyyəti adından şəxsi heyətlə birlikdə Böyük Vətən müharibəsində və hazırda torpaqlarımızın müdafiəsi uğrunda həlak olanların abidəsi üzərinə əklillər qoydu. O, dedi ki, bu gün bizim ağır günümüzdür, amma biz onları yad etməsək, ruhları bizi bağışlamaz.
AĞSTAFA – QAZAX.
8-11 may.
«Azərbaycan» qəzeti, 15 may 1 992-ci il.
QEYD: Qazax xəstəxanasında yatan yaralılar – Ədalət Tağıyev, Sayad Vəliyev, Məhəmməd Məmmədov, Oqtay Qurbanov, Sahib Alıyev, Kəsəmən Əsgərov, Elsevər Allahverdiyev, Afiq Nəbiyev; Ağstafa xəstəxanasında yatan milis işçisi İbadət Şıxəliyev Bakı şəhərnidəki 13 nömrəli dəmiryol uşaq bağçasından onlara yardım göndərən kollektivə öz minnətdarlıqlarını bildirir, salamlarını göndərirlər.
GECƏLƏR AÇIQ QALAN QAPILAR
Elə yaralar var ki, heç vaxt qaysaq tutmur. Bu ürək yarasıdır, doğmalıq, qan, can yarasıdır. Yaşayırsansa, varsansa, yaddaşın səninlədirsə, bu yaranı da yaşayacaqsan. Üzü bahara uzun gecələrdə bir ümid işığında pərvanəyə gönəcəksən. Bəlkə… bəlkə… hansı bir yolda, hansı bir gülüşdə, duruşda, yerişdə doğma cizgilər ayağını torpağa yapışdıracaq. İlahi necə də… Və bu necələr zamanla hesablaşmayacaq. Özündən heç nəyi uzaqlaşdıra bilməyəcəksən. Hansı bir körpəninsə anna deyib kiməsə tərəf qollarını açıb kövrək addımlarla yeriyərkən ayağınıa toxunan daşdan yıxılıb siyrilən dizləri, ata deyərkən boşluğa uçub fırlana-fırlan yerə çaxılıb çiliklənənə kəlmələri səni silkələyəcək. Həsrəti qaysaq bağlamış dodaqların susmuş qığıltıları ana fəryadının səssiz harayı ilə nəm bağlamış gözlərin qəlbə yağan yağışları o yaraların qayğısını bitişməyə qoymayacaq. O baxışları, o gözləri unuda bilməyəcəksən və unutmağa da haqqın yoxdur.
11 dekabr 1988-ci il. Tarixdə bəxtinə faciə yazılan günlərdən biri də bu gün oldu. Necə evin işığı söndü. Neçə analar oğulsuz, qızlar qardaşsız, gəlinlər ərsiz, körpələr atasız qaldı. Bunların içində bütöv bir ailənin ümidini ona dikdiyi də var idi, beş bacının bir qardaşı da. Ana da var idi ki, bir oğul Əfqanıstanda həlak oldu, bir oğlu da orda. Elələri də var ki, onlar həlak olandan neçə gün sonra övladları dünyaya gəldi, göz yaşları içərisində. Bəlkə də öz gəlişini lənətlədi bu körpə. Amma onun günahı nədir? bir də onu demək istəyirəm ki, elə bu soyuq qış günlərində də bu oğulların qapısı səhərə qədər açıq qalır. Gözləyirlər, gözləyirlər ki, gecənin hansı bir vaxtındasa bu qapı döyülmədən açılacaq, evlərin rahatlığı yenə də öz yerinə qayıdacaq. Belə günlərin birində qapını açanlardan biri «Ümid» Analar Şurasının üzvləri idi. Bu acı həqiqətə onlar heç vaxt inanmaq istəmədilər. «Ümid»in təsəllisi, yardımı ana qayğısı, ana həssaslığıdır. Qapı-qapı düşüb onların şəklini toplayıb, böyütdürən anaların-qadınların əldə etdikləri sənədlər və hamımızın görüşdüyümüz bu ailələr çox həqiqəti bizə söylədi. Söylədi ki, görəsən ilin, günün bu vaxtında da haqq-ədalət yerini tapdımı? Haqıqn üzülməz yolları üzüldü, nazildi, yenə də yoxsulun, fəhlənin qapısından keçdi. Kimlər idi o fəhlə balaları?
1. Dadaşov İntiqam Mikayıl oğlu.1954. Suçu işləyib. Məzuniyyətə çıxdığının dördüncü günü onu köməyə çağırıblar. Həlak olandan iki gün sonra qız övladı dünyaya gəlib. Hal-hazırda 4 uşağı – 2 oğlu, 2 qızı var. Böyük qızı beşinci sinifdə oxuyur. Ev şəraitləri çox pisdir. Güzdəkdə, dəmir yol xəttinin yanında qalırlar. İçməli su turbası partladığı üçün suyu gölməçədən götürürlər. Evdə odun peçindən istifaəd edirlər. Qoca ata-anası qalıb. Abşeron rayon hərbi komissarlığından çağırılıb.
2. Əzimov Nəzərxan Əzizxan oğlu. 1963. Güzdək dəmiryol stansiyasında fəhlə işləyib. Təzə bir uşağı olub. Gəlin uşağı da götürüb gedib. Bir otaq alıb. Oğlanın qoca ata-anası var. O biri oğlu Əfqanıstanda həlak olub.
3. Həsənov Afaq Cəfər oğlu. 1959. Subay. Bədən Tərbiyəsi İnstitutunu qurtarıb. Çağırılanda B.Sərdarov adına zavoda çilingər işləyirdi. Atası Səfər Həsənov (1931) təqaüdçüdür, (milisioner işləyib). Hal-hazırda xəstədir. Anası – Həsənova Şahnisə (1939) təqaüdçüdür. Arzuları şəhərin münasib yerlərində oğullarına abidə qoyulmasıdır.
4. Yusifov Əyyub Şükür oğlu. 1952. Goradildə yaşayıb. Mexaniki suvarma idarəsində suçu işləyib. 4 uşağı, qoca ata-anası var. Uşağın biri şikəstdir. Abşeron rayon hərbi komissarlığından çağrılıb.
5. Cəlilov Ələsgər Mirəli oğlu. 1965. 1 saylı avtokolonda sürücü işləyib. İki bacının bir qardaşıydı. Atası ikinci qrup əlildi. Anası ayaqqabı fabrikində işləyir. İyul ayında bircə dəfə rayon sovetindən gəlib axtarıblar. Kirov rayon hərbi komissarlığından çağırılıb.
6. Alimov Alimətdin Lutfullaeviç. 1952. Xırdalanda yaşayıb. Qaynaqçı işləyib. 1977-ci ildən bir oğlu var. Ailəsi haradadır bilinmir. Abşeron rayon hərbi komissarlığından çağırılıb.
7. Əliyev Nəsrəddin Məsim oğlu. 1962. Xırdalan xəz məmulatı fabrikində fəhlə işləyib. Fabrikdə komsomol təşkilatının katibi vəzifəsində çalışıb. Tovuzda dəfn olunub. Dəfni fabrik və Tovuz Rayon Partiya Komitəsi təşkil edib. Bakı İncəsənət Texnikumunun axırınca kursunda oxuyurmuş. Abşeron rayon hərbi komissarlığından çağırılıb.
8. Ağayev Rəfail Cəfər oğlu. 1950. Mühəndis. 2 uşağı qalıb. 26 Bakı komissarı rayonunun hərbi komissarlığından çağırılıb.
9. Salayev Novruz Rəşid oğlu. 1954. Mexaniki suvarma idarəsində qaynaqçı işləyib. 1 yaşında bir uşağı var. Abşeron rayon hərbi komissarlığından çağırılıb.
10. Hacıyev Rza Yusif oğlu. 1953. B.Sərdarov adına zavodda işləyib. Bir uşağı var. Həyat yoldaşı Biləcəridə 14 saylı poliklinikada işləyir. Kirov rayon hərbi komissarlığından çağırılıb.
11. Şadrikov Sergey Valentinoviç. 1966. Yığıcı mexanik işləyib. Kirov rayon hərbi komissarlığından çağırılıb. Qardaşı hərbi xidmətdədir.
Qəmli ömürləri quzey qarına dönən bu gənclərin ictimai mövqeyi, məişət tərzi hamımıza gün kimi aydındır. Amma aydın olmayan çox məsələlər var. Onları kiməsə kömək məqsədilə bir gecədə 4-5 dəfə çağırmağa gələn yerli təşkilatlar görəsən indii bu qapıları açmağa niyə belə tələsmirlər, ailəsinin vəziyyətini niyə soruşmurlar?! Analarımız öz dərdlərinə kimisə şərik etəmk istəmir. Hətta onların çoxu öz oğullarının ad, familiyasının bu siyahıda olmasına inana bilmirlər. Qəlbəlrində yaratdıqları oğul heykəli onlar üçün həmişə canlıdır. Bəs bizim milli qürurumuz, milli qeyrətimiz?.. onsuz da biz onlar üçün həl əheç nə edə bilməmişik. Ötən bir il müddətində çoxunun ailə tərzi ilə yaxından tanış olmamışıq. Üzümüzü hərbi komissarlıqlara tutub deyirik – Buğda çörəkləri yoxdur, buğda dilləri olsun. Gənclərimizi, dayaqlarımızı ucuz ölümdən, gərəksiz ölümdən qorusunlar.
Kimlərdi bu gənclər?
Abşeron rayon hərbi komissarlığından
1. Əzizov Nəzərxan Əzizxan oğlu. 1963, fəhlə.
2. Alimov Əlimetdin Lutfullayeviç. 1952, dülgər.
3. Əliyev Nəsrəddin Məsim oğlu. 1962, fəhlə.
4. Dadaşov İntiqam Mikayıl oğlu. 1954, fəhlə.
5. Salayev Novruz Rəşid oğlu. 1964, qaynaqçı.
6. Yusifov Eyyub Şükür oğlu. 1952, suçu.
26 Bakı komissarı rayonunun hərbi komissarlığından
7. Rəhimov Sərdar Nurəddin oğlu. 1958, baş mühəndis.
8. Salmano Topçu Vəli oğlu. 1958, sahə həkimi.
9. Ağayev Rəfael Cəfər oğlu. 1950, mühəndis.
Kirov rayon hərbi komissarlığından
10. Meybullayev Seyfəddin Eynulla oğlu. 1967, fəhlə.
11. Hacıyev Rza Yusif oğlu. 1953, qaz ustası.
12. Həsənov Afaq Səfər oğlu. 1959, yığıcı mexanik.
13. Cəlilov Ələsgər Mirəli oğlu. 1965, sürücü.
14. Şadrikov Sergey Valentinoviç. 1966, fəhlə.
15. Mehdiyev Niyazi Abbas oğlu. 1957, fəhlə.
Lenin rayon hərbi komissarlığından
16. Əliyev Əli Babayeviç. 1949, mexanik.
17. Babaxanov Bəhram Bədirxan oğlu. 1955, feldşer.
18. Kərimov Kamal Daşdəmir oğlu. 1964, fəhlə.
19. Qafarov Mirəsədulla Yəhya oğlu. 1960, fəhlə.
20. Məmmədov Zeynal Məməmd oğlu 1962, fəhlə.
21. Nurməmmədov Cavad Nadir oğlu. 1964, mexanik.
22. Pirverdiyev Söhrab İsmayıl oğlu. 1956, ticarət inspektoru.
23. Rəhimov Sayad Abbasəli oğlu. 1964, mexanik.
24. Şabanov Məmməd Baba oğlu. 1956, mexanik.
Orconikidze rayon hərbi komissarlığından
25. Hysenov Qiyas Mürsəl oğlu. 1960, üzlükçü.
Sumqayıt şəhər hərbi komissarlığından
26. Mahmudov Sahil Hasil oğlu. 1957, mühəndis.
27. Məstanov Nəbi Mirbaba oğlu. 1954, tokar.
28. Əhmədov Əhməd Mirbala oğlu. 1959, elektrik qaynaqçısı.
29. İsmayılov Ədalət Şamil oğlu. 1966, rəssam.
30. səbziyev Tərlan Həlim oğlu. 1962, krançı.
Şaumyan raon hərbi komissarlığından
31. Əmirov Məmmədəli Əhmədiyyə oğlu. 1 960, baş mühəndis.
32. Rzayev Rasim Rza oğlu. 1961, istilik texniki.
33. Baxışov Rasim Şıxmamed oğlu. 1960, sürücü.
Dəvəçi rayon hərbi komissarlığından
34. Talıbov Hökmulla Tarxan oğlu. 1956, traktorçu.
35. Quliev Möhsün Məmmədəli oğlu. 1964, sürücü.
36. Manafov Manaf Alimirza oğlu. 1958, fəhlə.
Quba rayon hərbi komissarlığından
37. Əkbərov Zöhrab Əliqədir oğlu. 1964, ekskavatorçu.
38. Bağırov Veysəlqara Şıxəli oğlu. 1950, fəhlə.
39. Bayramov Gülbala Nəsir oğlu. 1961, fəhlə.
40. Balakişiyev Yunus Balakişi oğlu. 1961, fəhlə.
41. Baxışov Manaf Yağğış oğlu. 1961, müvəqqəti işləmirmiş.
42. Həbibov Həmid Paşa oğlu. 1963, fəhlə.
43. Davıdov Sumxa Şumtunoviç. 1962, fəhlə.
44. İsayev Şakir Həbibulla oğlu. 1961, traktorçu.
45. Məmmədov Qorxmaz Mamedşah oğlu. 1966, fəhlə.
46. Məmmədov Rüstəm Hacıbala oğlu. 1961, şofer.
47. Musayev Eynulla Ağası oğlu. 1963, fəhlə.
Qusar rayon hərbi komissarlığından
48. Şıxməmmədov Ağamamed Şıxməmməd oğlu. 1966, fəhlə.
49. Xudaverdiyev Nəbi Şıxhəmzə oğlu. 1957, fəhlə.
50. Qaraxanov Mirzəbəy Sarıxan oğlu. 1968, fəhlə.
51. Eyvazov Xeyirbala Qiyasəddin oğlu. 1953???, suvaqçı.
52. Səidov Qiyasəddin Ağamirzə oğlu. 1957, fəhlə.
53. Bəbirov Cəmil Sərdar oğlu. 1965, fəhlə.
54. Əlimuradov Əlimurad Məhyəddin oğlu. 1961, poçtalyon.
Xaçmaz rayon hərbi komissarlığından
55. Əhmədov İlik Ağamirzə oğlu. 1961, sovxoz «Şəfəq».
56. Əliyev Bahadur Əli oğlu. 1966, sovxoz «İnqilab».
57. Ələsgərov Nadir Mağasar oğlu. 1964, PMK-38.
58. Hüseynov Fəxrəddin İbrahim oğlu. 1963, PMK-1.
59. Davidov Füzuli Qəzənfər oğlu. 1962, müəllim.
60. İvanov Aleksandr Nikolayeviç. 1949, fəhlə.
61. İbrahimxəlilov Məhərrəm İbrahimxəlil oğlu. 1956, qaynaqçı.
62. Məcidov Bəhram Əhliman oğlu. 1967, fəhlə.
63. Mehdiyev Oqtay Aytala oğlu. 1960. montyor.
64. Mustafayev Əziz İmam oğluö 1962, sürücü.
65. Mühamedəliyev Nəriman Rahil oğlu. 1961, fəhlə.
66. Nağıyev Akif Nağı oğlu. 1960, qaynaqçı.
67. Seyidov Vaqif Həmzə oğlu. 1957, sürücü.
68. Fərzəliyev Hacıxələf Şabəddin oğlu. 1962, sürücü.
69. Yəhyabəyov Vidadi Cahangir oğlu. 1959, sürücü.
Nərimanov rayon hərbi komissarlığından
70. Babayans Sarkis Akberoviç, 1960, elektrik-qaz qaynaqçısı.
Ekipaj İL -76
71. Брилев Николай Петрович – командир корабля.
72. Разумный Игорь Александрович – помощник командира.
73. Соколов Игорь Викторович – штурман.
74. Плашкин Владимир Павлович – старший борттехник.
75. Ивлев Сергей Михайлович – борттехник по
авиадесантному оборудованию.
76. Серков Иван Владимирович – старший вохдушный радист.
77. Рыбальченко Анатолий Иванович – старший инженер части.
78. Алтухов Александр Николаевич – начальник группы
обслуживания.
Bəli, budur həqiqət. Həqiqətin dili acı, zəhmi kəskin olur. Amma bütün həqiqətlər içində ayaq tutub yeriyən yalanlar üz tutduğun haqq, ədalət yolunda kimsəni çaşbaş salır. Varlığındakı qətiyyəti şübhə iblis kimi sürükləyir. Sözünün kəsərini yoxlamaq üçün dönüb arxaya baxırsan, baxırsan ki, səsinə səs verən varmı, dediyinə inanırlarmı? Yoxsa…
Artıq bir il də keçdi. Amma nə ümidlər üzüldü, nə gözlər yoldan yığıldı. Goradildə yaşayan Yusifov Eyyub Şükür oğlunun mənzilinə Azərenerji tikinti idarəsinin bir neçə əməkdaşı ilə yardım aparmışdıq. Evi axtarırdıq, bir qadın bizə bələdçilik etdi. Xahiş etdi ki, elə edin, həyat yoldaşı bilməsin. Ümumiyyətlə, nə məqsədlə gəldiyinizi bilməsin. Eyyubun ölümünə inanmır. Bu sözləri yazmağa adamın dili də gəlmir. Amma nə edəsən? Eşidib ki, guya Kirovakan rayonunda Eyyubu görüblər. Ona görə də yoldaşı daş atıb başını tutur ki, ona heç nə olmayıb. Qalırsan odla su arasında. O qadını qınamıram da. Təyyarə qəzaya uğrayandan sonra ailələrə ağzı bağlı tabutlar gəlmişdi. Və kimsə bu tabutların açılmasına icazə verməmişdi ki, bu hərbi sirrdir. Mənə elə gəlir ki, burada sirrlik heç nə qalmayıb. Ümumiyyətlə həmişə bu haqda fikirləşmişəm. Fikirləşmişəm ki, Əfqanıstanda hərbi xidmətdə olan çox oğullarımızın qapısına belə tabutlar gəlib və deyiblər ki. bu tabutları ağırlığından yerdən qaldırmaq olmur. Görəsən tabutların içindəki doğurdanmı insan cəsədidir? Əgər elədirsə onsuz da ölü yiyəsinə olan olub, heç olmasa, bir dəfə baxmaqla təsəlli tapar, bir nişangahını görər. Onsud da müəmmalar içində it-bat olmuşuq. Hörümçək kimi özümüz özümüzə həmişə tor qururuq. Bir sirri açmamış, ikinci bir sirrin dolaşığına düşürük. Bu dəfə yolumuz Güzdəyədir. Bir saylı mebel fabrikin yığdığı yardımı götürüb onların bir neçə əməkdaşı ilə Dadaşov Mikayıl oğlunun ailəsinə baş çəkməyə gedirik. Yolda soraqlaşa-soraqlaşa gedərkən İntiqamın qardaşı sürücü Əliyə rast gəldik. Bizi görəndə, nə məqsədlə gəldiyimizi biləndə gözlərindən yaş axmağa başladı. O, maşını asta-asta sürür, biz də dalınca irəliləyirdik. İndi evlərində heç kim yoxdur dedi, - qəbir üstə gediblər. Bu gün bir ili tamam olur. Qapını üzümüzə açan iki qız uşağı oldu. Biri İntiqamın böyük qızı Ruhiyyə idi, beşinci sinifdə oxuyur, Ruhiyyənin qucağındakı uşaq isə atasının ölümündən iki ay sonra dünyaya gələn körpəsi idi. Uşaq bizi görən kimi ağlamağa başladı. Bəlkə də ayağının sayası üçün. Bəlkə də…
Gözlərimdə o gün neçə körpə yaşını, ürəyimdə neçə-neçə ananın, bacı və gəlinlərimizin nisgilini gətirdim. Gətirdim ki, mən də o əzabı onlar kimi yaşayım, bu cümlələri yaza-yaza odumu, alovumu səngidim. Amma yox, heç bir təsəlli tapa bilmirəm. İlahi, müəmmalar fikrimdə bütövləşməyə can atan cümlələrimi parçalayır. Fikirləşirəm ki, Leninakanın 15 metrliiyndə qanadları qayaya toxunan təyyarədə bu günahsız oğullarımız kimlərə köməyə gedirdi?... Onda o vaxtlar idi ki, onlar bizim göndərdiyimiz hər cür yardımdan imtina edirdilər, amma ölümümüzdən imtina etmədilər. Təkcə bunlar olsaydı dərd yarı idi. Saçından tutub sürüklənən analarımız, qəbri kürünüb atılan nənə-babalarımız, hələ indiyə qədər də bir-birini tapa bilməyən ana-balalar, bir-birinin qanına bulaşan ana-oğullar, tənziflə boğulan gəlinlərimiz, paltarları çıxarılıb küçələrə buraxılan, başların yüz cür oyun açılan qızlarımızın dərdi üstündən biz kimlərə köməyə gedirik? «Komsomolskaya pravda» qəzetində N.Kiselyovun «İnsanlıq borcu və fəlakət» / bu yazı «Kommunist» qəzetində də dərc edilmiş məqaləsinin başlığına əsasın sual vermək istəyirəm ki, görəsən bizim kimlərə borcumuz var imiş.
Azərbaycan Respublika Həmkarlar Şurasının qərarı ilə mütləq tanış olmaq lazımdır.
«Azərbaycan Respublika Həmkarlar Şurası. Bakı. Gənclər meydanı 3. Tel: 92-81-93. №297 / 6.15 avqust 1989-cu il. Azərbaycan SSR-də yerləşən nazirliklərə, birliklərə, müəssisələrə.
Ermənistan SSR-də baş vermiş zəlzələ ilə bağlı Azərbaycan SSR-də şəhər və rayon hərbi komissarlıqları respublikanın müəssisələrnidən və xalq təsərrüfatı təşkilatlarından 71 nəfər müvəqqəti hərbi səfərbərliyə almışdı. Onlar zələzələnin nəticələrini aradan qaldırmaqla ixtisasları üzrə işlərdə kömək etməli idilər. Bu hərbi fəhlələr çağırış ərzində heç bir hərbi borc yerinə yetirmədən təyyarə qəzasında həlak olduqları üçün / ancaq 1 nəfər ağır yaralanıb / onların – hərbçi fəhlələrin əsas iş yerində müvəqqəti hərbi səfərbərliyə alındığı müddətdə əmək haqqı saxlanıldığı üçün AHİŞ bildirir ki, bu bədbəxt hadisədə / 70 nəfər / həlak olub. 1 nəfər ağır yaralanıb / istehsalatla bağlı bədbəxt hadisə kimi qəbul olunmalıdır.
Müəssisələrin rəhbərliyi zərərçəkənin əsas iş yerinəd N-1 formalı akt tərtib etməli və onun ailəsinə qazanc gətirən ailə başçısını itirdiyinə görə haqq ödəməlidir.
N-1 aktını qeydə əlavə etmək lazımdır: «Təyyarə qəzası».
AHİŞ –in sədri R.Ağayev.
Çox qəribə qərardır. Deyən gərəkdir ki, görəsən istehsalat Leninakan dağının başında aparılırıdı, yoxsa? Bədbəxt dilimiz nə qədər əlimizə yalan yazdıracaq. Növbəti bir ağ yalan «Təyyarəçilər elə zənn edirdilər ki, min metr hündürlükdə uçurular, hərçənd onları yerin səthindən təqribən on metrədək məsafə ayırırdı». Qəribə məntiqdir, elə deyilmi? Biz eşitmişik ki, bədii yazılarda fantaziya daha güclü olur, deyək ki, qəhrəman 40 gündə gedə biləcək yolu bir gündə gedir və s. On metri min metr hesablamaq mübaliğənin şiddətləndirmə dərəcəsidir. Və yaxud əgər təyyarəçilər on metr məsafə ilə min metri seçə bilmirlərsə, göyün neçənci qatında nə gəzirdi? Təyyarəyə mindirilən adamların siyahısı niyə tutulmamışdı? Bu da növbəti bir gizlənpaç oyunu idi, yoxsa sirri qırxıncı otaqda açılan bir müəmma? Çox təəssüf ki, qırxıncı otaqlara əlimiz çatmır və məcbur oluruq ki, necə varsa, elə də qəbul edək.
Bir də hər bir kəsi narahat edən məsələ həlak olanların ailəsinə kəsilən təqaüd məsələsidir, ailələrinə yardım məsələsidir. Əlaqədar təşkilatlar bu barədə bir də fikirləşsinlər. Bu faciəli hadisə istehsalatla bağlı qəbul edilməsin. Necə var, qoy elə də yazılsın. Alının papağını Vəlinin başına qoymaq kişi işi deyil, şair Qabal demişkən, «Yerimiz səhv düşəndə» bizi daha böyük faciələr gözləyir!
«Azərbaycan» qəzeti, 1990-cı il.
Fəridə Ləman
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR