» » GÖZƏL VƏTƏN, SƏNİ VƏSF ETMƏKDƏN DOYMAQ OLMUR !

GÖZƏL VƏTƏN, SƏNİ VƏSF ETMƏKDƏN DOYMAQ OLMUR !

Müəllif: Xatirə Rəhimli
//
Tarix: 24 oktyabr 2014
//
Bölmə: Ədəbiyyat
GÖZƏL VƏTƏN, SƏNİ VƏSF ETMƏKDƏN DOYMAQ OLMUR !



GÖZƏL VƏTƏN,SƏNİ VƏSF ETMƏKDƏN DOYMAQ OLMUR !

VƏTƏN ADI,VƏTƏN DADI
Qayaları deşib çıxan
Şux baxışlı çiçək gördüm-
Vətən gülü!
Milyonların arasından
Qulağıma xoş söz gəldi-
Vətən dili!
Daraq çəkdi saçlarıma
Gül ətriylə -
Vətən yeli.
Yaz yağışı,kükrəyən çay,
Dəli-dolu coşqun qanım-
Vətən seli!
Vətən,sənin qurban olum,
Gülünə mən,dilinə mən,
Gül ətirli yelinə mən.
Coşqun,çağlar selinə mən.
Qurban olum,Vətən sənə!
Ocaq gördüm
Hənirinə çəkdi məni-
Vətən odu!
Şöhrət gəzdim
Soraqladı gecə-gündüz-
Vətən adı!
Nə şirinmiş Vətənində yaşamağın
Vətən dadı!
Vətən,sənin qurban olum
Ocağına,oduna mən.
Dilimizdə əzbər olan
Adına mən,
Hər nemətdən dadlı olan
Anam kimi adına mən,
Dadına mən.
Qurban olum, VƏTƏN, sənə!



Fəridə Ləman
banner125x125 banner125x125