Tanınmış politoloq Rauf Mirqədirovla bağlı istintaqa ifadə verdi
Politoloq Zəfər Quliyev Baş Prokurorluqda ifadə verib. Bu barədə APA-ya Zəfər Quliyev özü bildirib. Z.Quliyev qeyd edib ki, onu bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Sənan Paşayev dindirib.
Onun sözlərinə görə, müstəntiq ona Rauf Mirqədirovla bağlı suallar verib: “Məndən Rauf Mirqədirovla əlaqəmin olub-olmadığını, onun fəaliyyəti barədə soruşdular. Dindirilmə iki saat yarım çəkdi”.
Qeyd edək ki, R.Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR