» » AQUF ORUCOV HAQQINDA ROMAN ÇAP OLUNDU

AQUF ORUCOV HAQQINDA ROMAN ÇAP OLUNDU

Müəllif: Səma Zərdablı
//
Tarix: 02 aprel 2019
//
Bölmə: Ədəbiyyat
 AQUF ORUCOV HAQQINDA ROMAN ÇAP OLUNDU


Qafqazpress.az xəbər verir ki, Əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Komandir” romanı işıq üzü görüb.

Aprel döyüşlərinin üçüncü ildönümü münasibəti ilə “CBC” nəşriyyatında çap olunan kitabın müəllifi Şərif Ağayardır.
Müəllifin bildirdiyinə görə, bu mövzular Azərbaycan oxucusu üçün tanış olsa da “Komandir” xeyli fərqli üslubda qələmə alınıb:
“Ən vacibi onun formasıdır. Bütövdür, fərqlidir, bizim mühitimiz üçün tamamilə yenidir. İkincisi, Raquf Orucovu mən bir çox oxşar kitabların qəhrəmanı kimi pafosla təqdim etməmişəm. Heç təxəyyülümü işə salmağa da xüsusi səy göstərməyə ehtiyac duymadım. Çünki həyatı çox zəngindir. Baxmayaraq ki, əməliyyatlarının heç birindən heç nə danışmayıb, amma bunları bilən və danışan adamları tapmaq çətin olmadı.”
Müəllif kitabla bağlı daha sonra bunları deyib:
“Raquf Orucovu bu cür yaxından tanıdığım üçün taleyimə minnətdaram. O, torpaqlarımızın geri qayıdacağına məni xeyli inandırdı. Bir gün o möhtəşəm hadisə baş versə, bu, mənim düşüncəmə görə, hamıdan çox Raquf Orucova görə olacaq. Mən onun şəxsində peşəkar, ləyaqətli və yenilməz Azərbaycan zabitini tanıdım, kəşfiyyatın nə olduğunu öyrəndim, gənclərimizin torpaq uğrunda nə qədər zəhmətlər çəkdiyinin şahidi oldum. Ümidvaram ki, yazdığım kitab onun adına layiqdir.”
banner125x125 banner125x125