Zaqatalanın tarixi abidələrinə aid kitab nəşr olunub
Zaqatala rayonunun Yuxarı Tala kənd sakini, tarix elmləri üzrə fəlsəfə doktoru Qüdrət Qırtımovun sayca üçüncü olan yeni kitabı işıq üzü görüb.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, "Zaqatala: tarixi abidələrimiz” başlığı altında çapdan çıxan kitabda rayonun tarixi abidələri haqqında ətraflı məlumat yer alıb.
"Əcdadlarımızın maddi və mənəvi mədəniyyətini əks etdirən, Qafqaz Albaniyasını daha çox tanıtdıran memarlıq abidələri - müdafiə, mülki və dini profilli tikililərdir. Zaqatala rayonunda Pəri Qalası adı ilə tanınan bir çox abidələrin yaranma tarixini və tikilmə səbəblərini dərindən öyrəndikdə məlum olur ki, bu abidələrin əslində adları və eləcə də istifadə məqsədləri fərqlidir”.
Bu fikirlər Qüdrət Niyaz oğlunun yeni çap olunan “Zaqatala: tarixi abidələrimiz” kitabında öz əksini tapıb. Yeni kitabının təqdimat mərasiminə müəllifin kafedra müdiri kimi fəaliyyət göstərdiyi AMİ-nin Zaqatala filialınının müəllim və tələbə kollektivi ilə yanaşı, qələm dostları, yaxınları, eləcə də rayon ziyalıları iştirak ediblər. Təqdimat mərasimində tələbələrin hazırladıqları Azərbaycanın, eləcə də Zaqatalanın tarixi abidələrindən bəhs edən film nümayiş etdirilib. Mərasimə toplaşanlar bir monoqrafiya və üç kitab müəllifi olan Qüdrət Niyazoğlunu təbrik edərək, ona elmi yaradıcılıq işlərində uğurlar diləyiblər. Zaqatala rayonunda 80 tarixi abidə haqqında ətraflı məlumatların yer aldığı bu kitab müəllif üçün sadəcə gələcək fəaliyyəti üçün plan, proqram rolunu oynayır. Çünki Zaqatalada, bütövlükdə Alazan çayı vadisində hələ ciddi şəkildə araşdırılmasına ehtiyac duyulan bir çox tarixi abidə mövcuddur.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR