Vəhhabilər İcra Hakimiyyəti qarşısında aksiya keçirib
Bu gün günorta saatlarında Siyəzən rayonunda vəhhabi təriqətinə mənsub olan 40-dək şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısında aksiyaya cəhd edib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, onları Siyəzən RİH-nin başçısı Arif Qasımov qəbul edib. Onlar dini icmaya imam təyin olunmasını tələb ediblər. Görüşdən sonra məsələ həllini tapıb.
Siyəzən RİH-nin başçısı Arif Qasımov APA-ya verdiyi məlumata görə, dindarlara imamları olmadığı üçün cümə namazını evlərində qılmaları tövsiyə olunub. Bu informasiyadan onların bəzilərinin xəbərləri olmayıb. “Mən onlarla görüşdüm və məsələ öz həllini tapdı”. Dindarlara bildirilib ki, gələn həftədən etibarən onlar üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən imam təyin olunacaq. Bundan sonra etirazçılar ərazidən uzaqlaşıb.
***
Siyəzən rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, heç bir qarşıdurma və qanun pozuntusu qeydə alınmayıb.
Dindarlar icra başçısı ilə görüşdən sonra ərazidən uzaqlaşıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR