Atasıgilə gedən gəlin bıçaqlandı
İyunun 29-u, axşam saatlarında Siyəzən şəhəri, Babaverdi Dəmirov küçəsi 27 ünvanında bıçaqlanma faktı qeydə alınıb.
“Qafqazinfo” Milli.Az-a istinadən xəbər verir ki, qeyd olunan ünvanda 1994-cü il təvəllüdlü İsgəndərova Səbinə Əbil qızına bədənin müxtəlif nayihələrinə çoxsaylı bıçaq xəsarətləri yetirilib. O, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Daxil olan məlumat əsasında Siyəzən Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Məlum olub ki, 20 yaşlı qadını həyat yoldaşı, 1992-ci il təvəllüdlü, Siyəzən şəhər sakini İsgəndərov Muradxan Bahadur oğlu bıçaqlayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq istintaqa təhvil verilib. Siyəzən RPŞ-dan verilən məlumata görə, hadisə tərəflərin arasında baş verən mübahisə zəminində baş verib. Belə ki, yoldaşının ondan xəbərsiz qaynatasıgilə getdiyindən əsəbləşən Muradxan İsgəndərov qaynatasının evinə gələrək orada həyat yoldaşına çox sayda bıçaq xəsarəti yetirərək hadisə yerindən qaçıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.
Anspress xəbər verir ki, Muradxan İsgəndərov polisə verdiyi ifadədə arvadını qısqandığı və onun sözünə qulaq asmadığı üçün bıçaqladığını deyib. Kişinin sözlərinə görə, Səbinə İsgəndərova ondan icazə almadan atasının evinə gedib. Bunun səbəbini soruşduqda isə qadın ona cavab qaytarıb. Kişi də bundan əsəbləşərək bıçağa əl atıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR