» » Sarkisyan Paşinyanı istefaya çağırdı: "Qısa zamanda seçki olmalıdır"

Sarkisyan Paşinyanı istefaya çağırdı: "Qısa zamanda seçki olmalıdır"

Müəllif: Səma Zərdablı
//
Tarix: 17 noyabr 2020
//
Bölmə: Siyasət
Sarkisyan Paşinyanı istefaya çağırdı: "Qısa zamanda seçki olmalıdır"


Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanı istefaya çağıraraq qısa zamanda seçkilərin təşkil edilməsini istəyib.
Korrupsiya-q.az xəbər verir ki, Azərbaycanın Dağlıq Qarabağdakı uğurları Ermənistanı siyasi cəhətdən də çökdürüb. Türkiyə mediasından verilən məlumata görə, siyasi xaos yaşayan Ermənistanda Baş nazir Paşinyan xalqın hədəfindədir.
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın istefasından sonra Paşinyana növbəti zərbə də Prezident Armen Sarkisyandan gəldi. Sarkisyan Paşinyanın istefa verməsini tələb edib. "Hamıyla danışdım. Hamı Paşinyanın istefa verməyini və qısa zamanda yenidən Baş nazir seçkilərinin keçirilməsini tələb edir", - deyə Sarkisyan bildirib.
Qeyd edək ki, Ermənistanda Paşinyana qəzəbli olan xalq küçələrdə aksiyalar keçirir.
banner125x125 banner125x125