» » Fəridə Ləman

Fəridə Ləman

Müəllif: Xatirə Rəhimli
//
Tarix: 12 noyabr 2014
//
Bölmə: Gündəm
Fəridə Ləman
Fəridə Ləman
DALĞALAN BAYRAĞIM

İLIQ KÜLƏKLƏRİN SIĞALLI QANADLARINDA,
MÖHTƏŞƏM ZİRVƏLƏRİN YÜKSƏKLİK İNADINDA,
MAVİ SƏMAMIZIN BƏYAZ QUCAĞINDA
ODLAR YURDU AZƏRBAYCANIN BƏXTƏVƏRLİK DOLU
OCAĞINDA -
DALĞALAN,ÜÇ RƏNGLİ BAYRAĞIM,
DALĞALAN!
MAYAĞIM,DAYAĞIM, DALĞALAN!
İÇİMDƏN GƏLƏN GUR SƏSİM,
HƏYAT NƏFƏSİM , DALĞALAN!
AND YERİM,
CƏSURLUĞA SƏSLƏYƏN QÜRURUM.
GÖYLƏRİN KÖKSÜNDƏN DOĞAN
GÖY QURŞAĞIM!
HƏR YANDA BAŞ UCALIĞIM,DALĞALAN!
İSLAMIM SƏNDƏ,
AZADLIĞIM SƏNDƏ,
ŞƏHİDLİYİM SƏNDƏ!
GÖZÜMƏ NURSAN DUMANDA,ÇƏNDƏ.
SƏNİN VARLIĞIN QƏLƏBƏM -
VAR OL,BƏXTƏVƏR OL,
DALĞALAN! ANA YURDUN TACINDA,
ZİRVƏLƏRİN BAŞINDA,
HƏR QARIŞ TORPAĞIMDA,DAŞIMDA,
QARABAĞDA,ŞUŞADA,ZƏNGİLANDA,
GÜNBATANDA,GÜNDOĞANDA,
ŞƏR QARIŞIB,DAN SÖKƏNDƏ
DALĞALAN!
YAXINDA,UZAQDA,
ŞAXTADA,SAZAQDA
DALĞALAN!
HƏNİRİN YETƏR,ÜÇ RƏNGLİ GÜL RƏNGİN YETƏR!
ZALIMLARA GÖZ DAĞISAN,
İSTİQLAL TARİXİSƏN.
ŞƏHİD KÖYNƏYİSƏN.
SALAMLAYIRAM UCALAN ZİRVƏNİ,
ÖPURƏM YOLUMA DÜŞƏN KÖLGƏNİ.
ZƏFƏR ÇIRAĞIM,
BU GÜNÜM,SABAHIM DALĞALAN,DALĞALAN!!!
banner125x125 banner125x125