Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər
29.05.2014
11:32
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Fransa Respublikasının Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Cənab Prezident,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Həmçinin bu yaxınlarda Bakıya səfərim zamanı mənə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə bir daha səmimi minnətdarlığımı bildirirəm.
Ümid edirəm ki, iyirmi ildə baş vermiş dəyişikliklərlə böyük təəssürat yaradan ölkəniz müasirlik və rifah yolunda irəliləməyə davam edəcəkdir.
Azərbaycanın ilk dəfə olaraq Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi ölkənizə bu təşkilatın müdafiə etdiyi dəyərlərə bağlılığının ölçüsünü göstərməyə fürsət yaradacaqdır.
Son illərdə ölkələrimiz arasında əsl tərəfdaşlığın möhkəmlənməsi üçün dostluğu və əməkdaşlığı gücləndirə bilmişik. Səfərim zamanı Sizinlə söhbətimizdə qeyd etdiyimiz kimi, bu əməkdaşlığı konkret layihələrlə, xüsusilə də iqtisadiyyat, elm və ali təhsil sahələrində daha da dərinləşdirməkdə və şaxələndirməkdə davam etdirməyimizi arzulayıram.
Eyni zamanda, Fransanın Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həllində aktiv fəaliyyətini davam etdirəcəyinə əmin ola bilərsiniz.
Cənab Prezident, Sizdən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
-----------------
27.05.2014
15:19
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Nepal Federativ Demokratik Respublikasının Prezidenti Ram Baran Yadava Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan ilə Nepal arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını və hökumətini Prezident Barak Obama və ABŞ xalqı adından təbrik edirəm.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji daşıyıcılarının şaxələndirilməsi və regional təhlükəsizliyin təşviqi ilə bağlı öhdəliklərə sadiqdirlər. Biz Azərbaycana NATO-nun Əfqanıstanda sülhyaratma missiyasındakı tərəfdaşlığına görə xüsusi minnətdarlığımızı bildiririk.
ABŞ demokratik institutların möhkəmləndirilməsinə, açıq bazar iqtisadiyyatının təşviqinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Azərbaycan ilə əməkdaşlığa sadiqdir.
Siz bu əlamətdar bayramı qeyd etdiyiniz bir vaxtda ABŞ əlaqələrimizin inkişafına və Azərbaycan xalqının daha parlaq gələcəyinə inamını bir daha bəyan edir".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, “Russneft” Açıq Səhmdar Cəmiyyətinin Prezidenti Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Sizi dövlət bayramınız – Azərbaycan Respublikası Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik hökm sürür, iqtisadiyyat dinamik inkişaf edir, vətəndaşların rifahı yüksəlir və ölkənin beynəlxalq nüfuzu artır. Əminəm ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə ölkənizin inkişafı yolunda daim yeni-yeni uğurlar qazanacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə və bütün Azərbaycan xalqına ən xoş və ən səmimi arzularımı çatdırır, ölkənizə daha firavan həyat diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu idarə heyətinin sədri Əli Sarıqaya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun idarə heyətinin və üzv təşkilatlarının adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və tərəqqi arzu edirik.
Biz Sizin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun İslam Əməkdaşlıq Təşkilatı tərkibində beynəlxalq qurum kimi formalaşmasına və inkişafına göstərdiyiniz davamlı dəstəyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gəncləri arasında dostluğun möhkəmlənməsinə və inkişafına xidmət edən bu dəstək regionumuzun digər liderlərinə nümunədir.
Biz Azərbaycan Hökumətinin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun fəaliyyətinə göstərdiyi dəstəyə görə Sizə təşəkkür edirik.
Zati-alinizə Azərbaycan Respublikasının inkişafı, gənclərin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Çox hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.
Azərbaycan iqtisadiyyatda və dövlətçiliyin möhkəmləndirilməsi sahəsində inamlı nailiyyətlər nümayiş etdirir. Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yolunun layiqli davamçısı kimi Sizin həyata keçirdiyiniz siyasəti qətiyyətlə dəstəklədiyini əyani şəkildə təsdiq edir. Rusiya cəmiyyəti Rusiya ilə Azərbaycan arasında təşəkkül tapmış səmərəli və çoxşaxəli qarşılıqlı əlaqələri yüksək qiymətləndirir. Bu əlaqələrin təməlində xalqlarımızın zamanın sınağından çıxmış qardaşlıq, dostluq və mehriban qonşuluq münasibətləri dayanır.
Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının adından təbriklərimizi qəbul edin.
Sizə - görkəmli siyasət və dövlət xadiminə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, Azərbaycanın tərəqqisi və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə xalqınıza, Sizə və hökumətinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Sizi əmin edirəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın bundan sonra da möhkəmlənməsinə çalışacağam.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, xalqınıza və ölkənizə rifah arzulayıram.
Sizi bir daha salamlayır, Zati-alinizə Ulu Tanrıdan xeyir və bərəkət diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimba Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını Qabon xalqı və hökuməti adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar bayram günündə xalqınıza xoşbəxtlik, ölkənizə daha böyük uğurlar arzulayıram.
Sizi əmin etmək istərdim ki, ölkələrimizin ümumi mənafeyi naminə Librevil ilə Bakı arasında əməkdaşlığın daha dinamik inkişafının tərəfdarıyıq".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Yəmən Respublikasının Prezidenti Abdurabbih Mənsur Hadi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Qardaş Azərbaycan xalqının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına davamlı inkişaf və yüksək rifah diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Misir Ərəb Respublikasının müvəqqəti Prezidenti Adli Mənsur Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramının növbəti ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gün münasibətilə Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Fürsətdən istifadə edərək, Sizə böyük ehtiramımı çatdırıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edirəm. Bu əlamətdar gündə Azərbaycan xalqına daha çox inkişaf və rifah arzularımı bildirməkdən məmnunluq duyuram.
Bu xoş arzularla bərabər, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək üçün Sizinlə birlikdə işləməyə həmişə hazır olduğumu ifadə etmək istəyirəm.
Zati-aliləri cənab Prezident, bir daha Sizə səmimi təbriklərimi çatdırır, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Çex Respublikasının Prezidenti Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi öz adımdan və yunan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Sizin Yunanıstana rəsmi səfəriniz ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini gələcək illər ərzində hər iki xalqın qarşılıqlı mənafeyinə uyğun olaraq inkişaf etdirəcəkdir.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına bir daha tərəqqi və rifah, Sizə möhkəm cansağlığı arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində keçirdiyimiz son görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram.
Mən Azərbaycan Respublikası ilə Çex Respublikası arasında mövcud olan yaxşı münasibətləri çox yüksək dəyərləndirir və inanıram ki, bu münasibətlər ölkələrimizin artan rifahına töhfəsini verəcəkdir.
Hörmətli cənab Prezident, ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan xalqına əmin-amanlıq və rifah arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Macarıstanın Prezidenti Yanoş Aderdə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza böyük hörmətlə səmimi təbriklərimi çatdırım.
Sizi əmin edirəm ki, Macarıstan Azərbaycan ilə əlaqələrin dinamik inkişafında və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".
---------
18:39
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Daşkəndin və Özbəkistanın mitropoliti, Orta Asiya Mitropolit Dairəsinin rəhbəri Vikenti Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Çox hörmətli cənab Prezident,
Sizi əlamətdar bayram - Azərbaycan Respublikası Günü münasibətilə təbrik etməyi özümə şərəf sayıram. Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını salamlayır və ölkənizin bütün vətəndaşlarına səmimi qəlbdən firavanlıq, tərəqqi, bütün işlərinizdə Ulu Tanrının Sizə yardımçı olmasını arzulayıram.
Azərbaycan Respublikası beynəlxalq aləmdə layiqli yer tutur. Sizin gözəl ölkənizdə hər il qazanılan uğurları dünyanın bütün dövlətləri böyük maraqla izləyir.
Müasir Azərbaycan çoxmillətli xalqın xoşbəxt və firavan həyatı, qurucu əməyi, tərəqqi yolu ilə ardıcıl irəliləməsi üçün hər cür şəraitin yaradıldığı, iqtisadiyyatın inkişafının təmin edildiyi, demokratiya təsisatlarının qurulduğu ölkədir. Onun ən böyük uğuru isə, şübhəsiz, Azərbaycan Respublikasının ərazisində yaşayan müxtəlif millətlərin və xalqların nümayəndələri arasında sarsılmaz sülh və qarşılıqlı anlaşmadır.
Cənab Prezident, sevimli ölkənizin iqtisadi, sosial, mədəni və mənəvi tərəqqisi işinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Respublikasında mənəviyyatın, vətənpərvərliyin, əxlaqi idealların bərqərar olmasında Sizin görkəmli xidmətləriniz və əməyiniz hamıya məlumdur.
Siz Vətənin layiqli oğlu kimi öz parlaq zəkanızın bütün qüvvəsini, yüksək istedadınızı və geniş qəlbinizi hamı tərəfindən qəbul edilən, şanlı və firavan dövlət qurulmasına həsr edirsiniz. Azərbaycan Respublikasının ərazisində yaşayan insanlar bu gün ölkədə sabitliyi və sülhü, müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanı, asayişi, rifahı və həyatın bütün sahələrində gələcək tərəqqini Sizin adınızla və atanız Heydər Əliyevin adı ilə bağlayırlar.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, böyük uğurlar diləyir, şanlı Vətən naminə, Azərbaycan Respublikasının şanlı xalqı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə Ulu Tanrının Sizə yardımçı olmasını arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Türk dünyasında qurulan ilk respublikanın və bu il yaradılmasının 96-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Respublikası Zati-alinizin müdrik və uğurlu rəhbərliyi nəticəsində aparıcı dövlətlər arasında öz layiqli yerini tutmuş və dünyanın siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir.
Zati-alinizin hərtərəfli dəstəyi sayəsində Azərbaycanın türkdilli dövlətləri arasında sürətlə inkişaf edən əməkdaşlığa verdiyi mühüm töhfələri çox yüksək qiymətləndiririk.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Çox hörmətli İlham Heydər oğlu,
İcazə verin, Sizə ehtiramımı bildirim və milli bayramınız – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim.
Bu əlamətdar gündə Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, əmin-amanlıq və ölkənizin rifahı naminə yeni zəfərlər arzulayıram.
Ötən onilliklər ərzində Sizin ölkəniz iqtisadi inkişaf sahəsində sanballı uğurlar qazanmış, beynəlxalq aləmdə nüfuzunu möhkəmlətmişdir.
Biz Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq münasibətlərini yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlər ölkələrimizin xalqları naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, konstruktiv əməkdaşlığın etibarlı qarantına çevriləcəkdir".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İcazə verin, Sizi və xalqınızı Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edim.
Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra daha da inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə ölkənizin inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizi, qardaş Azərbaycan xalqını və hökumətini səmimi qəlbdən təbrik edirəm. Bu bayramın xalqınız və ölkəniz üçün daha böyük inkişaf və rifahla əlamətdar olmasını ən xoş arzularla diləyirik.
Fürsətdən istifadə edərək, azadlıq, öz müqəddəratını təyinetmə və torpaqlarımızın işğalına son qoymaq və müstəqil Fələstin Dövləti qurmaq uğrunda apardığımız mübarizədə göstərdiyiniz qətiyyətli dəstəyə və həmrəyliyə görə Zati-alinizə dərin təşəkkürümüzü çatdırmaq istərdim.
Zati-aliləri, bir daha səmimi təbriklərimizi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik diləyir, xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq münasibətlərinin inkişafını arzulamaqdan sonsuz məmnunluq duyuram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Livan Respublikasının Prezidenti General Mişel Süleyman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Milli bayramınız – Respublika Günü münasibətilə Livan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, xoşbəxtlik və uğurlar diləyir, Azərbaycan xalqına rifah arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Ənənəvi dostluq əlaqələrimizi daha da inkişaf etdirmək üçün Zati-alinizlə birgə çalışmaq mənim üçün çox xoşdur.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah arzularımı çatdırıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nieto Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Meksika xalqı adından təbriklərimi Sizə çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, hökumətimin ölkələrimiz arasında mövcud əlaqələri möhkəmləndirmək üçün birgə səy göstərməyə hazır olduğunu bir daha təsdiqləyirəm.
Zati-aliləri, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyono Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. İndoneziya Respublikasının Hökuməti və xalqı da mənim təbriklərimə qoşulur.
İcazə verin, bu əlamətdar gündə bir daha əmin olduğumu bildirim ki, ölkələrimiz arasındakı sıx və səmimi münasibətlər xalqlarımızın maraqları naminə inkişaf edəcək və güclənəcəkdir.
Zati-aliləri, ən xoş arzularımı və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqroyv Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Milli bayram - Respublika Günü münasibətilə Avstraliya hökuməti və xalqı ilə birlikdə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırıram.
Azərbaycan ilə Avstraliya arasındakı münasibətlərin davamlı inkişafını vurğulamaqdan məmnunluq hissi keçirirəm. Kanberra şəhərində Azərbaycan səfirliyinin açılması ikitərəfli münasibətlərimizi, xalqlarımızın əlaqələrinin genişlənməsini və ölkələrimiz arasında ticari əməkdaşlığın inkişafını möhkəmləndirmişdir.
Avstraliya 2013-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan ilə birgə işləməkdən məmnun olmuşdur. Təhlükəsizlik Şurasındakı mandatımızın 2014-cü ildə qalan müddətində Avstraliya qarşılıqlı maraq doğuran məsələlərdə, beynəlxalq sülhün və təhlükəsizliyin təşviqində Azərbaycan ilə birlikdə çalışmağa davam edəcəkdir.
Avstraliyanın terrorla mübarizə üzrə səfiri Bil Fişerin 2013-cü ilin sentyabrında Bakıya səfəri təhlükəsizlik məsələləri sahəsində Azərbaycan ilə əməkdaşlığa olan marağımızın göstəricisidir.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri növbəti ildə də inkişaf edəcəkdir".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını Tacikistan Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasında son illərdə dinamik inkişaf edən çoxşaxəli qarşılıqlı əlaqələrin səviyyəsini Tacikistanda yüksək qiymətləndirirlər.
Biz bundan sonra da Azərbaycan ilə sıx əməkdaşlıq etmək və bu istəyimizi müasir dövrün tələblərinə cavab verən yeni məzmunla zənginləşdirmək əzmindəyik.
Əminəm ki, Sizin Tacikistana nəzərdə tutulan rəsmi səfəriniz ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və möhkəmlənməsinə yeni təkan verəcəkdir. Sizi əmin etmək istəyirəm ki, Tacikistan bu nəcib məqsədlərə nail olmaq üçün əlindən gələni edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İcazə verin, Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edim!
Böyük Azərbaycan şairi, alim, mütəfəkkir və filosof Nizami Gəncəvi demişdir:
“Yaltaq zəncirini şir qırdı, atdı,
Odur, böyüklüyə dünyada çatdı”.
Bu sözlər müasir Azərbaycanı son dərəcə dəqiq səciyyələndirir.
Azərbaycan müstəqillik illəri ərzində bir dövlət kimi təşəkkül tapmışdır. Qeyd etmək istəyirəm ki, Sizin rəhbərlik etdiyiniz ölkə postsovet məkanında bəlkə də yeganə dövlətdir ki, orada yaxşılığa doğru dəyişikliklər ardıcıl və fasiləsiz həyata keçirilir. Əlbəttə, həmin prosesin başlanğıcında Sizin atanız, Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı siyasi xadim, Prezident Heydər Əliyevin xüsusi rolunu qeyd etmək lazımdır.
Hörmətli cənab Prezident, sürətli iqtisadi inkişaf, yoxsulluğun azalması, təhsilin səviyyəsinin yüksəlməsi, beynəlxalq aləmdə uğurlar Sizin və müstəqil Azərbaycan Respublikası xalqının qazandığı nailiyyətlərin yalnız bir qismidir.
Əlbəttə, çətinliklər də vardır. Bu, ilk növbədə, işğal olunmuş ərazilərin azad edilməsi problemidir. Təəssüflə qeyd etməliyik ki, bu məsələdə dünya birliyinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail ola bilməməsi, Minsk qrupunun fəal mövqe tutmaması problemin həllini ləngidir. Lakin Azərbaycanın bu məsələdə ədalətə nail olmaq istiqamətində ardıcıl səyləri mənə bunu əminliklə söyləməyə əsas verir ki, təcavüzkar tezliklə Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməyə məcbur olacaqdır.
Azərbaycandan olan və hazırda Ermənistanda yaşayan erməni qaçqınlar artıq indi mənə müraciət edir, Ermənistanda onların hüquqlarının həyasızcasına pozulmasını və çiçəklənən Azərbaycana qayıtmaq istədiklərini söyləyirlər.
Sizin Respublika Gününüzü mən həqiqətən özüm üçün də bayram hesab edirəm. Çünki Sizin ölkənizlə dostluq etməyimə, Sizinlə şəxsən tanış olmağıma və Azərbaycan xalqının hörmətini qazanmağıma görə fəxr edirəm. Sizə, ailənizə və gözəl Azərbaycan xalqına daha böyük firavanlıq arzu edirəm.
Bayramınız mübarək!"
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, 1994-2005-ci illərdə Ukraynanın Prezidenti olmuş Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu gün Azərbaycan öz zəngin iqtisadi və insan potensialını ardıcıl və məsuliyyətlə reallaşdıran, dinamik inkişaf edən dövlətdir. Bu dövlətdə gələcəyə istiqamətlənmək əcdadlarımızın ənənələrinə sədaqətlə, ötəri olmayan mənəvi dəyərlərin dirçəldilməsi ilə harmonik şəkildə birləşir.
Əminəm ki, Azərbaycanın qazandığı uğurlar çox cəhətdən güclü prezident hakimiyyəti təsisatının qorunub saxlanması ilə bağlıdır.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, əməksevər Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".
---------
17:19
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Belarus xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bu gün Azərbaycan Respublikası inkişaf etməkdə olan müasir dövlətdir. Bu, Sizin həyata keçirdiyiniz, ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə, dünya arenasında onun nüfuzunun artırılmasına və vətəndaşların maddi rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyət xəttinizin düzgünlüyünü əyani şəkildə təsdiq edir.
Əminəm ki, Belarus-Azərbaycan müştərək layihələrinin uğurla həyata keçirilməsi bütün sahələrdə ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişlənməsinə, qardaş xalqlarımız arasında ənənəvi dostluq tellərinin möhkəmlənməsinə şərait yaradacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və tükənməz enerji, Azərbaycan xalqına isə Sizin müdrik rəhbərliyinizlə sülh və firavanlıq arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sahələrdə qazanılan sanballı uğurları, Sizin rəhbərliyinizlə həyata keçirilən, əsas məqsədi ölkəni tərəqqi və firavanlıq yolu ilə inamla irəlilətmək, milli dövlətçiliyin əsaslarını hərtərəfli möhkəmlətmək və beynəlxalq aləmdə ölkənin nüfuzunu yüksəltmək olan genişmiqyaslı dəyişiklikləri Özbəkistanda məmnuniyyətlə qeyd edirlər.
Mən qəti əminəm ki, xalqlarımız arasında çoxəsrlik müştərək tarixə və mədəniyyətə əsaslanan dostluq və qarşılıqlı anlaşma əlaqələri, beynəlxalq və regional xarakterli müxtəlif problemlərə dair siyasi dialoqun yüksək səviyyəsi uzunmüddətli Özbəkistan-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi və genişlənməsi üçün etibarlı zəmindir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və məsul ali dövləti fəaliyyətinizdə hərtərəfli uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Norveçin Kralı V Harald Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına xoş arzularımı bildirir, ölkənizə firavanlıq diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan və ölkənizə tərəqqi arzu etməkdən çox məmnunam.
Əminəm ki, xalqlarımız arasındakı dostluq münasibətləri ölkələrimizin tərəqqisi və sabitliyi naminə qarşılıqlı maraqlarımıza əsaslanan Serbiya-Azərbaycan strateji əlaqələrinin gələcəkdə də inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəkdir.
Serbiya Respublikasının ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə Azərbaycan Respublikasına bir daha minnətdarlığımı bildirmək istərdim.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Qoy, Tanrı xalqınıza sülh, firavanlıq və gözəl həyat bəxş etsin. Ulu Tanrının nəzərləri xalqınızın, Sizin və hökumətinizin başı üzərindən heç vaxt əskik olmasın".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə İsveçrə Federal Şurası adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.
İcazə verin, İsveçrənin Azərbaycan ilə siyasi, iqtisadi və mədəni sahələrdəki dostluq əlaqələrini gələcəkdə də inkişaf etdirməkdə maraqlı olduğunu bir daha təsdiqləyim.
Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, ATƏT-in fəaliyyətdə olan sədri və Konfederasiyanın Prezidenti kimi 2014-cü il iyunun 2-də Azərbaycana səfərimi və Sizinlə ölkələrimiz arasındakı dostluq əlaqələrini daha da gücləndirəcək və dərinləşdirəcək görüşümüzü səbirsizliklə gözləyirəm".
-----------------
26.05.2014
16:25
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq münasibətləri Qazaxıstan və Azərbaycan xalqlarının rifahı naminə hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinin etibarlı təməli kimi bundan sonra da inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, xoşbəxtlik və rifah diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
28 May - Respublika Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, sülh, tərəqqi və əmin-amanlıq diləyirəm.
Dəstəyini, diqqət və qayğısını daim hiss etdiyimiz Zati-alinizin müdrik rəhbərliyi sayəsində Azərbaycan Respublikası bütün sahələrdə inkişaf edərək dünyanın siyasi və mədəni həyatında özünəməxsus dəst-xətti ilə yeni uğurlar qazanmaqdadır.
Əminəm ki, zəngin Azərbaycan mədəniyyəti və incəsənəti bundan sonra da TÜRKSOY tərəfindən təşkil olunacaq mötəbər beynəlxalq tədbirlərdə ümumtürk mədəniyyətini layiqincə təmsil edəcək və dünya mədəniyyətinin inkişafına töhfələrini verəcəkdir.
Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını bu duyğularla bir daha təbrik edir, möhkəm cansağlığı arzulayır, ən dərin ehtiramımı bildirirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasında yaranmış qarşılıqlı münasibətlərin səviyyəsi Türkmənistanda yüksək qiymətləndirilir. Qəti əminəm ki, bu münasibətlər Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İtaliya Respublikasının Prezidenti Corcio Napolitano Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Milli bayram - Respublika Günü münasibətilə dost Azərbaycan xalqına İtaliya xalqı adından və öz adımdan səmimi sülh və rifah arzularımı bildirirəm.
Əminəm ki, ölkələrimiz və Bakı ilə Roma arasındakı sıx dostluq münasibətlərindən bəhrələnən səmərəli əməkdaşlığımız müxtəlif sahələr üzrə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Ümidvaram ki, Roma ilə Bakı arasında əlaqələr ölkənizin Avropa İttifaqı ilə geniş münasibətləri çərçivəsində daha da zənginləşəcəkdir.
Sizinlə Romada görüşmək ümidi ilə Zati-alinizə və xalqınıza möhkəm cansağlığı arzu edirəm".
---------
16:03
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupu adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik etməkdən şərəf duyuram.
Bu xoş fürsətdən istifadə edərək, İslam İnkişaf Bankı Qrupunun üzv dövlətlər arasında davamlı tərəqqi üçün əməkdaşlıq ruhunu təşviq etmək yönündəki səylərinə Azərbaycanın verdiyi dəyərli dəstəkdən qürur hissi keçirdiyimi bildirmək istəyirəm.
Zati-alinizi əmin etmək istəyirəm ki, İslam İnkişaf Bankı Qrupu Azərbaycanın sosial-iqtisadi inkişafına və quruma üzv ölkələrlə əməkdaşlığı gücləndirməyə dəstəyini davam etdirəcəkdir.
Möhtərəm Prezident, Sizə ən yüksək ehtiramımı çatdırıram".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə, qardaş Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimizi və arzularımızı çatdırıram.
Zati-alinizin və Azərbaycan hökumətinin İslam Əməkdaşlıq Təşkilatının öz məqsədlərini yerinə yetirməsinə göstərdiyi dəstəyi yüksək dəyərləndirir və qardaş Azərbaycan xalqına Sizin ali rəhbərliyiniz altında davamlı inkişaf və rifah arzu edirəm.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli Prezidentim,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi adından və şəxsən öz adımdan ən xoş arzularımı bildirirəm.
Türk dövlətləri arasında uzun illərdir davam edən birliyin geniş əməkdaşlığa çevrilməsini hədəfləyən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dünya ölkələri arasında nüfuzu ilbəil artmaqda olan Azərbaycanın da böyük dəstəyi ilə hədəflədiyi yolda özünü daha güclü hiss etməkdədir.
Zati-alinizin liderliyi ilə inkişaf edən Azərbaycanın əlamətdar bayramını təbrik edir, bütün Azərbaycan xalqına rifah, cansağlığı və xoşbəxtlik diləyirəm".
---------
15:31
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyur, qarşıdakı ildə Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Cənab Prezident,
Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafı Sizin ölkənin beynəlxalq aləmdə artan əhəmiyyətini əks etdirir. Mən şadam ki, Azərbaycan Almaniya və Avropa ilə sıx əməkdaşlığın tərəfdarıdır. Bu fakt Azərbaycanın “Cənub” qaz dəhlizində iştirakı ilə bağlı tarixi qərarının əsasını təşkil etmişdir. Almaniya Sizin Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı, Avropanın dəyərlər və hüquqlar sisteminə qoşulmaq istəyinizi alqışlayır.
Almaniya Azərbaycanın modernləşmə və islahatlar istiqamətində səylərini dəstəkləmək üçün siyasi dialoqu, eləcə də ölkələrimiz arasında iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.
Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, tərəqqi və rifah dolu gələcək diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu,
Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək diləyirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Koreya Respublikasının Prezidenti Xanım Pak Kın He Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Ötən illər ərzində ölkələrimiz arasında inkişaf edən və genişlənən əlaqələrin gələcək illərdə daha da möhkəmlənəcəyinə səmimi qəlbdən inanıram.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı diləyir və güclü ölkənizə daimi tərəqqi arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Sloveniya Respublikasının Prezidenti Borut Pahor Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sloveniya xalqı adından və şəxsən öz adımdan Zati-alinizi səmimi qəlbdən təbrik edir, xoş arzularımı çatdırır, ölkənizə hərtərəfli inkişaf və rifah diləyirəm.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında yaranmış sıx tərəfdaşlıq və məhsuldar əməkdaşlıq əlaqələrini xüsusi vurğulamaq istəyirəm. Bu əlaqələr xüsusən iqtisadiyyat sahəsində çox uğurludur.
Əminəm ki, Sloveniya ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da müntəzəm dialoq, qarışlıqlı anlaşma və dostluq ruhunda regionda və onun xaricində sülh, anlaşma və sabitlik maraqlarına xidmət edəcəkdir.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İsveçin Kralı Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Möhtərəm Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Cənab Prezident,
Mən Zati-alinizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı bildirirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rus Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
Sizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Bosniya və Herseqovina ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin xalqlarımızın və beynəlxalq ictimaiyyətin ümumi rifahı üçün bundan sonra da inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.
Zati-aliləri, Sizə xoşbəxtlik diləyir, dost Azərbaycan xalqına rifah arzularımı və yüksək ehtiramımı çatdırıram".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR