» » Gəncə hadisələrinə görə həbs edilən 2 nəfər azadlığa çıxdı

Gəncə hadisələrinə görə həbs edilən 2 nəfər azadlığa çıxdı

Müəllif: Səma Zərdablı
//
Tarix: 09 yanvar 2020
//
Bölmə: Hadisə
Gəncə hadisələrinə görə həbs edilən 2 nəfər azadlığa çıxdı


Gəncə hadisələri ilə bağlı həbs edilən Cabir Əzizov və Fikrət Mirzəliyev azadlığa çıxıb.
Hər iki məhkumun cəza müddəti başa çatdığından onlar saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıblar.
Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Əzizov 5 il, F.Mirzəliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Bakı Apelyasiya Məhkəməsində onların cəzasını 1 il 6 aya qədər azaldılıb. (APA)
banner125x125 banner125x125