» » Orxan Zeynalov: "Həmin gün Moskvada deyildim"

Orxan Zeynalov: "Həmin gün Moskvada deyildim"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 iyun 2014
//
Bölmə: Siyasət / Təhsil
Orxan Zeynalov: "Həmin gün Moskvada deyildim"



Moskva sakini Yeqor Şerbakovu Biryulevo rayonunda qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

ANS PRESS-in məlumatına görə, məhkəmədə qətlə yetilmiş Yeqor Şerbakovun atası Vladimir Şerbakov dindirilib.

"Oğlumun sevgilisi həmin gecə mənə zəng eləmişdi. O, qışqırırdı. Heç nə deyə bilmirdi. Nə baş verdiyi başa düşmək üçün onun dediyi ünvana getdim və oğlumun asfaltda uzalı qaldığını gördüm. Qızın sözlərindən belə başa düşdüm ki, Yeqorun bir nəfərlə mübahisəsi olub. Oğlum qızı müdafiə etməyə çalışıb. Nəticədə dava düşüb. Halbuki Yeqor çox sakit adam olub”, V.Şerbakov ifadəsində deyib.

Məhkəmədə istintaqın versiyası da səsləndirilib. Versiyaya görə, 2013-cü il oktyabrın 10-da gecə vaxtı içkili olan Orxan Zeynalov Ksenya Popovaya söz atıb. 25 yaşlı Yeqor Şerbakov qızı müdafiə etməyə çalışıb. Nəticədə Zeynalov və Şerbakov arasında dava düşüb. Orxan Zeynalov dava zamanı Yeqor Şerbakovun sinəsindən bıçaqla zərbə endirib. Şerbakov aldığı zərbədən dünyasını dəyişib. Zeynalov isə hadisə yerindən qaçıb.

Məhkəmədə Orxan Zeynalov ittiham aktı ilə razılaşmadığını, özünü təqsirli bilmədiyini deyib. O, həmin gün Moskvada deyill Kolomma şəhərində olduğunu deyib.

Məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, Orxan Zeynalovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.



QafqazPRESS.az
banner125x125 banner125x125