» » Tanınmış fotoqrafın anasını yük avtomobili vurub öldürdü

Tanınmış fotoqrafın anasını yük avtomobili vurub öldürdü

Müəllif: Səma Zərdablı
//
Tarix: 21 yanvar 2020
//
Bölmə: Hadisə
 Tanınmış fotoqrafın anasını yük avtomobili vurub öldürdü


Bakının Suraxanı rayonunda qadını yük avtomobili vuraraq öldürüb.
Qafqazpress.az APA-ya istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib. 1955-ci il təvəllüdlü Məcnunova Peykar Qubad qızı yolu keçərkən onu “QAZel” markalı yük avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, ölən şəxs tanınmış fotoqraf Səfiyar Məcnunun anasıdır.
banner125x125 banner125x125