Azərbaycanda kəskin hava şəraiti beş nəfəri xəstəxanalıq etdi
Bakıda hava şəraiti ilə bağlı beş nəfər müxtəlif xəsarətlərlə təcili tibbi yardıma müraciət edib.
Qafqazpress.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, təcili yardıma müraciət edən beş nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib:
“Onlarda müvafiq olaraq diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR