» » BAKIDA HƏKIM UŞAĞIN QIDA BORUSUNDAN QƏPIYI ÇIXARMAQ ÜÇÜN 450 MANAT ISTƏYIB

BAKIDA HƏKIM UŞAĞIN QIDA BORUSUNDAN QƏPIYI ÇIXARMAQ ÜÇÜN 450 MANAT ISTƏYIB

Müəllif: Səma Zərdablı
//
Tarix: 06 fevral 2020
//
Bölmə: Sosial
BAKIDA HƏKIM UŞAĞIN QIDA BORUSUNDAN QƏPIYI ÇIXARMAQ ÜÇÜN 450 MANAT ISTƏYIB


Bakıda uşağın qida borusunda qəpik qalıb.
Bu barədə jurnalist Səxavət Qurbanov "Facebook" səhifəsində məlumat paylaşıb. O qeyd edib ki, uşağı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) aparıblar.
S.Qurbanov vurğulayıb ki, xəstəxananın həkimi qəpiyi çıxarmaq üçün onlardan 450 manat istəyib:
“Uşağın qida borusuna qəpik gedib. Təcili uşağı “Semaşko”ya apardıq. Həkim əməliyyatdadı, zəng etmişəm, deyir “450 azn ödəyəcəksinizsə, uşağı palataya yerləşdirib, ardınca da, iynə ilə yatızdırıb xüsusi aparatla çıxardaq”. Deyirəm, “həkim bu qida borusundadı, nəfəs yox. Bunu daha yaxşı formada da etmək olar”. Qayıdıb deyir ki, “məsləhətləş, pulu düzəldə bilirsənsə çıxardaq”.
Məsələ ilə əlaqədar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, artıq şikayətçi ilə əlaqə saxlanılıb və məsələ araşdırılır.
banner125x125 banner125x125