Əli Əhmədov: “Onu bağışlamaq olar”
“Hesab edirəm ki, istənilən insanı bağışlamaq olar. Hüquqi baxımdan hadisəyə qiymət verilib. Necə deyərlər, hüquq öz işini görüb. İndi sırf insani münasibətlər ifadə olunur. Qadın kimi, azyaşlı uşağı olması və digər yüngülləşdirici hallar nəzərə alınmaqla belə qərar qəbul olunub”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, Baş nazirin müavini Əli Əhmədov sabiq deputat Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirərkən deyib.
YAP rəsmisinin fikrincə, belə qərarın qəbul olunması məhkəmənin səlahiyyətləri çərçivəsindədir.
“İnsanpərvərlik hisslərindən çıxış edərək belə qərar qəbul olunub. Ümumiyyətlə, istənilən insanın cəzaçəkmə müəssisələrinə göndərilməsində yeganə məqsəd onun cəzalandırılması deyil. Baxmayaraq ki, tödərilən əmələ hüquqi baxımdan qiymət verilir, amma digər məqam da insanın islah olunmasıdır. Bütün bunlar nəzərə alınaraq səlahiyyəti olan insan cəzaçəkmə müəssisısində olanlarla bağlı ya əfv, ya da bağışlanma aksiyaları olur. Bu kontekstdən baxmaq lazımdır”.
Eks-deputatın bəraət tələbinə gəlincə isə Ə.Əhmədov qeyd edib ki, istənilən vətəndaşın məhkəmə çəkişməsi aparmaq haqqı var.
“Məhkəmənin hansısa hökmünə tuş gəlmiş insanlar da bu hüquqlarından istifadə edə bilər. Haqlı olduğunu sübut edə biləcəksə müvafiq qərar qəbul olunacaq. Qeyd etdiyim kimi törədilən əmələ hüquqi qiymət verilib, hazırda insani aksiya həyata keçirilir”
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR