Bakı metrosunda həyəcanlı anlar: Sərnişin qatar yoluna yıxıldı
Bu gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.
Qafqazpress.az xəbər verir ki, saat 10:54 radələrində metronun “Memar Əcəmi” stansiyasında bir qadın stansiya yoluna yıxılıb.
Hadisə nəticəsində qatarların hərəkətində gecikmə olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiqləyib.
O bildirib ki, qadının hansı şəraitdə stansiya yoluna düşdüyü hələlik bəlli deyil:
“Bu məsələ intihar kimi qiymətləndirilməsin. Metronun “Memar Əcəmi” stansiyasında orta yaşlı qadın stansiya yoluna yıxılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Əməkdaşlar tərəfindən qadın qatar relslərindən çıxarılaraq, polis əməkdaşlarına təhvil verilib. Nəticədə, qatarların hərəkətində 10-15 dəqiqəyə yaxın gecikmə yaranıb”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR