» » Ermənistandan sığınacaq almış Cavid Orucov Azərbaycana qayıtmaq istəyir

Ermənistandan sığınacaq almış Cavid Orucov Azərbaycana qayıtmaq istəyir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 14 aprel 2014
//
Bölmə: Siyasət
Ermənistandan sığınacaq almış Cavid Orucov Azərbaycana qayıtmaq istəyir


Ailəsi ilə birlikdə Ermənistanda sığınacaq almış Bakı sakini Cavid Orucov Azərbaycana qayıtmaq arzusundadır. ANS PRESS-in məlumatına görə, üçüncü ölkəyə mühacirət etmək məqsədilə yanvar ayında həyat yoldaşı və üç kiçik yaşlı uşaqları ilə Gürcüstandan Ermənistan sərhədini keçən Cavid artıq peşman olub. Ermənistanda üzləşdiyi problemlər, daha doğrusu kasıbçılıq, işsizlik, pulsuzluq, pis yaşayış şəraiti və təhlükəsizliyin təmin olunmaması onu bu qərara gəlməyə vadar edib. Azərbaycanı, gözəl Bakını bəyənməyib Avropa ölkələrinin birində gözəl həyat arzusu ilə Ermənistana üz tutan Orucovlar ailəsinin gözləntiləri özünü doğrultmayıb.

Orucovlar ailəsi hal hazırda qaçqınlar yataqxanasında yaşayır və BMT Qaçqınlar Komissarlığının başqa ölkəyə köçürülməsi haqqında qərarını gözləyir. Cavid Orucov BBC Azərbaycancanın İrəvandakı müxbiri Aleksey Manvelyana müsahibəsində vəziyyətindən heç də razı olmadığını bildirib:

"Qaçqınlar üçün mərkəzində yaşayırıq. Əsasən Suriyadan, Afrika ölkələrindən gələn qaçqınlardı burada. İrəvanda sərbəst gəzirəm yoldaşımla. Bir az qorxumuz var, cinayətkar xalqdan qorxuram. Bizim təhlükəsizliyimiz təmin olunmayıb burada. Qaçqın olaraq da heç bir yardım olunmur. Öz hesabıma dolanıram. Nə aylıq hesab görürəm, nə də bir qəpik. Bütün qaçqınlar öz hesablarına yaşayırlar. Kömək edən yoxdur. Qaçqınların məsələlərinə baxan idarəyə getdim, qapıdan içəri buraxmadılar. Belə yaşamaq çətindi. Belə getsə ailəmi Ermənistan hökumətinə tapşırıb, özüm Azərbaycana qayıdacam. Burada işləyə də bilmərəm. Ümumiyyətlə burada bizimlə maraqlananlar yoxdu. Hələ pasport da almamışıq..."


QafqazPRESS.az
banner125x125 banner125x125