Paltarının yanmasından gec xəbər tutan qadın dünyasını dəyişib - VİDEO
Ehtiyyatsızlıq yaşlı qadını canından etdi.
Qafqazpress.az xəbər verir ki, hadisə Lənkəranda, daha dəqiq isə, Şirəli Məmmədov küçəsi ev 12 ünvanında qeydə alınıb.
Adı çəkilən ünvanda yaşayan 62 yaşlı Ziba Fətullayeva ehtiyatsızlıqdan paltarını yandırıb.
Belə ki, qadının paltarının ətəyi evdə quraşdırılmış qaz sobasına ilişib və arxa hissədən yanmağa başlayıb.
Bundan bir az gec xəbər tutan yaşlı qadın müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada Ziba Fətullayevaya bütün bədən səthinin üçüncü-dördüncü dərəcəli termiki yanığı diaqnozu qoyulub.
Həkimlər tərəfindən göstərilən yardımlara baxmayaraq, qadın dünyasını dəyişib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR