TƏCİLİ YARDIMIN QADIN HƏKİMLƏRİNİ DÖYƏN ŞƏXSLƏ BAĞLI XƏBƏR VAR
Bərdədə təcili yardımın qadın həkimlərini döyən şəxs saxlanılıb.
Bu barədə ONN media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, iyunun 12-də Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 qadın feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib və hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR