» » Zaqatalada narkotik alverçisi tutuldu

Zaqatalada narkotik alverçisi tutuldu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 aprel 2014
//
Bölmə: Hadisə
Zaqatalada narkotik alverçisi tutuldu


QafqazPRESS.Az Kanal S-ə istinadən bildirir ki, Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbirini həyata keçirib. Keçirilmiş tədbir nəticəsində Zaqatala şəhəri Fikrət Əmirov küçəsi, ev 1, mənzil 42-də yaşayan, 1988-ci il təvəllüdlü Sabir Bəhram oğlu Şirinov Zaqatala şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Sabir Şirinovun üzərinə baxış zamanı 15,4 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Fakla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
banner125x125 banner125x125