Bakıda polis rəisi qəzaya düşdü: vəziyyəti ağırdır
12:47
Bir neçə gün əvvəl qəzaya düşən və hazırda vəziyyətinin ağır olduğu deyilən Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
“Qafqazinfo” xəbər verir ki, Fəhlə prospektində gecə saatlarında baş verən qəza zamanı avtomobili rəisin özü deyil, sürücüsünün idarə etdiyi məlum olub.
Məlumatda həmçinin qeyd olunur ki, polkovnikin içkili olması ilə bağlı yayılan xəbərlər də doğru deyil.
Xatırladaq ki, 2012-ci ilin noyabr ayında Daxili işlər naziri Ramil Usubovun əmri ilə Əkbər İsmayılov Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) rəisi vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin (RPİ) rəisi vəzifəsinə təyin olunub. Polkovnik bir müddət Nərimanov RPİ-nin əməliyyat işləri üzrə rəis müavini postunda da çalışıb.
----------
11:09
Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əkbər İsmayılov ağır avtomobil qəzasına düşüb.
Milli.Az-ın axar.az-a istinadən məlumatına görə, hadisə aprelin 4-nə keçən gecə, Fəhlə prospektində baş verib. Dərhal DİN-in hospitalına yerləşdirilən polis rəisinin vəziyyətinin yaxşı olmadığı bildirilir.
Hazırda Xətai rayonunun polis rəisi vəzifəsini rəsi müavininin əvəz etdiyi də qeyd edilir. Daxili İşlər Nazirliyində ciddi şəkildə müzakirə olunan bu qəza hadisəsinin ən maraqlı cəhəti isə polis rəisinin işdən azad ediləcəyi ilə bağlıdır. Belə ki, polkovnik Əkbər İsmayılovun avtomobili özünün idarə etdiyi və içkili olması barədə yayılan qeyri-rəsmi məlumat nazir Ramil Usubovun ciddi narazılığına səbəb olub və onun müalicəsindən dərhal sonra istefaya göndəriləcəyi haqda qərar verib.
DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Axar.az”a açıqlamasında Xətai rayonunun polis rəisi Əkbər İsmayılovun qəzaya düşdüyü xəbərini təsdiqləyib: “Qəzadır, hamının başına gələ bilər. Ümid edirik ki, cənab polkovnikin səhhətindəki narahatlıq qısa müddətdə arxada qalacaq”.
E.Zahidov bununla bağlı başqa yayılan digər xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR